Yuxarı

Bu şəkildə özümüzü güclü edə bilərik - Freyd

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəkildə özümüzü güclü edə bilərik - Freyd

Ziqmund Freyd ən çox özünün təhtəlşüur və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient (yaxud "analisand") və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır.

Axar.az xatırladır ki, sonralar tez-tez psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma Freyd tərəfindən işlənilib. Əslən yəhudi olan Freydin insan hisləri haqda 12 fikrini təqdim edirik:

1. İnsanlar yavaş-yavaş inanmamağı, güvənməməyi və sevməməyi öyrənirlər. Bu həyata keçəndə, təəssüf ki, artıq çox gec olur. İnsanların "təcrübə" adlandırdığı şey budur. Qəlbi ilə əlaqəsini üzmüş insana "təcrübəli" deyilir.

2. Kainatdakı ən böyük tamaşa sən ağlını kəşf etdiyin zaman başlayır.

3. Üzr istəmək sizin haqsız olduğunuz mənasına gəlmir. Qarşınızdakı insana verdiyiniz dəyərin eqonuzdan yüksək olduğunu göstərir.

4. Birinə bəslədiyiniz sevgi və əsəb düz mütənasibdir. Ən çox sevdiyiniz insana hər kəsdən çox əsəbiləşərsiniz.

5. Xoşbəxtlik dediyimiz şey dərin kök salmış və əngəllənmiş olan ehtiyacların qısa müddətliyə təmin edilməsindən başqa bir hiss deyil.

6. Həyatın məqsədi ölümdür.

7. İtlər dostlarını sevir, düşmənlərini dişləyirlər. İnsanlar isə tamamilə fərqlidirlər: Saf və qarşılıqsız sevgini bacarmazlar. Şəxsi münasibətlərdə isə sevgi və nifrəti qarışdırırlar.

8. Vicdan adlandırdığımız hiss içimizdə alovlanan müəyyən bir arzunun ətraf mühit tərəfindən rədd edilməsinin daxili aləmimizin qəbul etməsidir.

9. İnsanların əksəriyyəti azadlığı istəmir. Çünki azadlıq məsuliyyət tələb edir və insanlar məsuliyyətdən qorxurlar.

10. Azadlıq insanlara mədəniyyətin əmanəti deyil. Mədəniyyət yox ikən insan oğlu çox azad idi...

11. Ruhunun dərinliyinə en və əvvəlcə özünü tanımağı öyrən. Bunu öyrəndikdən sonra bu xəstəliyə niyə yoluxduğunu anlayacaq və bəlkə də bir daha xəstələnməyəcəksən.

12. Gücsüz olduğumuz nöqtəni qəbul edərək özümüzü güclü edə bilərik...

Tarix
2016.10.06 / 23:17
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla