Yuxarı

Ərəbistan vəhhabilikdən imtina edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəbistan vəhhabilikdən imtina edir

Səudiyyə Ərəbistanı onilliklər boyunca ölkənin əsas dini və siyasi sütunlarından biri sayılan vəhhabilik (sələfilik) məzhəbindən faktiki olaraq uzaqlaşaraq yeni inkişaf mərhələsinə qədəm qoyur.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi ilə həyata keçirilən bu transformasiya krallığı radikal baxışlardan xilas etmək və dünyaya açıq, mötədil dövlət modelinə keçirmək məqsədi daşıyır.

Rəsmi Ər-Riyad "vəhhabilik" terminini heç vaxt rəsmi titul kimi işlətməsə də, son illərdə atılan köklü addımlar ölkənin bu məzhəblə yollarını ayırdığını nümayiş etdirir.

"Vision 2030" strateji proqramı çərçivəsində reallaşan bu dəyişikliklər həm sosial, həm də dini sahədə özünü büruzə verir.

Əsas dəyişikliklər və islahatlar isə bunlardır:

Mötədil İslama qayıdış: Səudiyyə rəhbərliyi radikal ideologiyaların kökünü kəsmək, dini dözümlülüyü artırmaq və ölkəni mötədil İslam xəttinə qaytarmaq niyyətində olduğunu açıqlayıb.

Dini polisin səlahiyyətlərinin ləğvi: Əvvəllər geniş səlahiyyətlərə malik olan və cəmiyyətə sərt nəzarət edən dini polisin ("Əmr bil-Məruf") insanları saxlaması və müdaxilə etmək hüququ tamamilə əlindən alınıb.

Tarixi kimliyin yenilənməsi: Dövlət ideologiyasında vəhhabiliyin banisi Məhəmməd ibn Əbdülvahabın rolu ikinci plana keçirilib, diqqət daha çox milli və dünyəvi tarixin təbliğinə yönəldilib.

Sosial və mədəni sərbəstlik:

Qadınların hüquqlarının genişləndirilməsi, konsertlərin, kinoteatrların və əyləncə tədbirlərinin təşkili ilə ölkənin qapıları beynəlxalq turizmə açılıb.

Mütəxəssislər bildirir ki, Səudiyyə Ərəbistanının "Post-Vəhhabi" dövrünə keçidi yalnız ölkə daxilində deyil, bütövlükdə Yaxın Şərqdə və İslam dünyasında dini-siyasi balansı yenidən formalaşdıracaq.

Tarix
2026.08.11 / 00:46
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla