Yuxarı

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

ABŞ Prezidenti Donald Tramp öz təşəbbüsü ilə avqustun 8-də baş tutan telefon söhbəti zamanı İranla davam edən müharibə barədə Azərbaycan Prezidenti İlham Əliyevin fikrini öyrənib.

Axar.az AnewZ-a istinadla xəbər verir ki, ABŞ Prezidentinin hazırkı təzyiq formasının davam etdiriləcəyi təqdirdə, İranın təslim olmaq ehtimalına dair sualına cavabında Prezident İlham Əliyev belə bir ssenarini mümkün hesab etmədiyini bildirib.

1980–1988-ci illərdə baş vermiş səkkizillik İran–İraq müharibəsi ilə tarixi paralel aparan dövlət başçısı vurğulayıb ki, həmin dövrdə də rəsmi Tehranın təslim olacağı proqnozlaşdırılsa da, münaqişə İran xalqını daha da sıx birləşdirdi.

İlham Əliyev bildirib ki, İranın təslim olacağını düşünmək real deyil və yeganə yol sülh və konstruktiv danışıqlardan keçir. O əlavə edib ki, Azərbaycan regionda sülh və əmin-amanlığın bərqərar olmasına maraqlıdır.

Tarix
2026.08.10 / 17:53
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla