Yuxarı

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü

Azərbaycanlı kriminal avtoritet, “Agbaş Qalib”, “Qalib Gəncinskiy” ləqəbi ilə tanınan Qərib Həsənov Rusiyanın Soçi şəhərində dünyasını dəyişib.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Qərib Həsənov 23 avqust 2026-cı ildə ailəsi ilə birgə Rusiyanın Soçi şəhərinə dincəlmək üçün gedib.

Elə həmin gün Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 24 avqust 2026-cı il tarixində Qərib Həsənovun saxlanıldığı polis məntəqəsində səhhətində ciddi problem yaranıb. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da, o, həyatını itirib.

İddia edilir ki, həmin vaxt Qərib Həsənova dozadan artıq ağrıkəsici vurulduğu üçün həyatını itirib. 1976-cı il təvəllüdlü Qərib Həsənov bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində dəfn edilib.

İddialara görə, mərhum postsovet məkanında kriminal aləmində "Şakro Molodoy” kimi tanınan qanuni oğru Zaxari Kalaşovun yaxın dostlarından biri imiş.

Tarix
2026.08.28 / 00:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla