Yuxarı

Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı

Almaniya, Danimarka, Niderland, Avstriya, Finlandiya və İsveç Avropa Birliyinin (AB) 2028-2034-cü illər üzrə Çoxillik Maliyyə Çərçivəsi ilə bağlı ortaq mövqe nümayiş etdiriblər.

Axar.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz həmkarları ilə Berlində keçirdiyi görüşdən sonra qrupun AB-nin növbəti büdcəsi üzrə danışıqlarda realizm, ölçülülük və islahatlara hazırlıq prinsipini müdafiə edəcəyini bildirib.

O, növbəti AB büdcəsinin XXI əsrin çağırışlarına cavab verə bilməsinin vacibliyini vurğulayıb:

“Siyasi prioritetlərimizi əks etdirən müasir Çoxillik Maliyyə Çərçivəsinə ehtiyacımız var”.

Görüşdə AB büdcəsinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə təhlükəsizlik və müdafiə, rəqabətqabiliyyətlilik, miqrasiya və suverenliyin prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi qeyd olunub.

Altı ölkə rəsmisi AB büdcəsinin maliyyələşdirilə bilən səviyyədə qalmasının əhəmiyyətli olduğunu deyiblər. Avropa Komissiyasının təxminən 2 trilyon avroluq büdcə təklifinin bir neçə yüz milyard avro azaldılmasının zəruriliyi vurğulanıb. Liderlərin qəbul etdiyi bəyanatda bütün büdcə istiqamətlərinin bu ixtisarlara töhfə verməli olduğu qeyd edilir.

Tərəflər danışıqları 2026-cı ildə başa çatdırmaq niyyətində olduqlarını açıqlayıblar.

Tarix
2026.08.28 / 01:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla