Yuxarı

Fransada uzunmüddətli tətil xəbərdarlığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada uzunmüddətli tətil xəbərdarlığı

Fransada meşə yanğınları ilə yadda qalan yaydan sonra həmkarlar ittifaqları hökumətə təzyiqi artıraraq daha çox resurs və yeni işçi qüvvəsi tələb edir.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, peşəkar yanğınsöndürənlər sentyabrın 8-dən oktyabrın 20-dək davam edəcək tətil barədə xəbərdarlıq ediblər. Peşəkar yanğınsöndürənlərin doqquz həmkarlar ittifaqını birləşdirən qurum əsasən üç tələb irəli sürüb: artan müdaxilələrin öhdəsindən gəlmək üçün daha çox resurs ayrılması, peşəkar yanğınsöndürənlərin kütləvi şəkildə işə qəbulu və mülki təhlükəsizliyin modernləşdirilməsi haqqında qanun layihəsinin sürətlə qəbul olunması.

Mülki təhlükəsizliyin modernləşdirilməsi üzrə layihənin sentyabrın 8-də həmkarlar ittifaqlarına təqdim edilməsi planlaşdırılır. Bildirilib ki, tətilin məhz həmin tarixdə başlaması simvolik xarakter daşıyır və layihənin məzmunundan narazılıq ehtimalı yüksəkdir.

Mümkün tətillərin oktyabrın 20-dək planlaşdırılması təsadüfi deyil. Həmin gün Milli Assambleyada 2027-ci il büdcə layihəsinin səsə qoyulması nəzərdə tutulur.

Yanğınsöndürənlərin sentyabrın 26, 27 və 28-də Parisdə Respublika meydanında aksiya keçirəcəkləri də gözlənilir. Onlar, həmçinin sentyabrın 29-da dövlət sektorunda keçiriləcək ümummilli fəaliyyət gününə qoşulmağa çağırıblar.

Tarix
2026.08.29 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla