Yuxarı

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə tapıldı

Yunanıstanın Andros adası yaxınlığında dalğıclar təxminən 2400 il əvvəl batmış ticarət gəmisini aşkarlayıblar.

Axar.az lent.az-a istinadla xəbər verir ki, dənizin dibində gəminin böyük yükü də qorunub saxlanılıb. Arxeoloqlar burada təxminən 600–650 qədim amfora müəyyən ediblər.

Gəmi təxminən 40 metr dərinlikdə tapılıb. Tapıntılar arasında ən azı üç növ amfora var. Bu qablar qədim dövrdə şərab, yağ, taxıl və digər məhsulların daşınması üçün istifadə olunurdu. Arxeoloqlar həmçinin qurğuşundan hazırlanmış lövbərin bir hissəsini də aşkar ediblər.

Bir neçə qab artıq tədqiq olunmaq üçün suyun üzərinə çıxarılıb. Alimlər gəminin hansı yükü daşıdığını və haradan yola düşdüyünü müəyyən etməyə çalışırlar.

Mütəxəssislərin fikrincə, bu tapıntı iki min ildən çox əvvəl Aralıq dənizində mövcud olmuş ticarət marşrutları haqqında mühüm məlumatlar verə bilər.

Tarix
2026.08.29 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla