Yuxarı

Qırğızıstandan aldığımız qızılın həcmi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırğızıstandan aldığımız qızılın həcmi...

Son illər Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstanla strateji tərəfdaşlığı daha da dərinləşməkdədir. Bu, özünü iqtisadi əlaqələrdə də göstərməkdədir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Prezident İlham Əliyevin Qırğızıstana səfəri ilə bağlı qeyd edib.

O bildirib ki, 2025-ci ildə Azərbaycanla Qırğızıstan arasındakı ticarət dövriyyəsi 2024-cü ilə nisbətən 93 faiz artaraq 77 milyon dollara çatıb:

“Ölkələr 236 məhsul növü üzrə ticarət əlaqələri həyata keçiriblər. Ticarət dövriyyəsində Qırğızıstan 30 milyon dollarlıq müsbət saldoya malikdir.

Qırğızstandan hansı məhsulları alırıq və nə satırıq?

Qardaş dövlət ilə idxal və ixracda iki məhsul dominant hesab olunur. Qırğızıstandan idxalımızın 83 faizini qızıl məmulatları, ixracımızın isə tam yarısını nəqliyyat vasitələri təşkil edir. Ötən il Azərbaycan Qırğızıstandan 44.7 milyon dollarlıq qızıl alıb. “710813” məhsul kodu üzrə rəsmilləşən bu idxal UNSD təsnifatına əsasən "Qeyri-monetar məqsədlər üçün yarımfabrikat formalarda olan qızıl” kimi qruplaşdırılır. 2025-ci ildə Azərbaycan isə qardaş ölkəyə 12 milyon dollar dəyərində minik avtomobilləri, mühərrikinin həcmi 3000 kub sm-dən çox olan, yalnız qığılcımdan alışan, porşenli, daxili yanma mühərrikli nəqliyyat vasitələri ixrac edib.

Digər idxal məhsullarına gəldikdə isə qabığı təmizlənmiş yunan qozu (3.1 milyon dollar), günəbaxan toxumu (1.9 milyon dollar) və qurudulmuş mərci (1.2 milyon dollar) daha çox paya malikdir. İxacatımızda isə sürtkü yağları (3.6 milyon dollar), metalın emalı üçün emal mərkəzləri, üfüqi aqreqat dəzgahlar (1.3 milyon dollar) nisbətən xüsusi çəkiyə sahibdirlər.

İki ölkə arasındakı ticarət dövriyyəsini artırmaq üçün potensial kifayət qədər yüksəkdir. Xüsusən ticarətin dayanıqlığı baxımından məhsul növləri üzrə şaxələndirməyə nail olmaq çox vacibdir”.

Tarix
2026.09.01 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla