Yuxarı

Baxçalı: “Türkə quyu qazanların quyusunu qazarıq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baxçalı: “Türkə quyu qazanların quyusunu qazarıq”

Türk varlığının əvəzini ən ağır şəkildə ödəmiş millətdir.

Axar.az xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı rəhbərlik etdiyi qurumun toplantısında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, bu millət türkə kəfən biçməyə çalışanların başına dünyanı dar edər:

"Türk bayrağını yandıran şərəfizlərə "bayraq bizim ruhlarımızdan asılıb və sizin bunu anlamanız imkansızdır", - deyirəm. ABŞ-ın kölgəsinə sığınan qorxaq və oyuncaqların bayrağımıza hücumu onların ağalarının əmridir. "Osmanlı işğalı bitdi" şüarları ilə türk bayrağını ayaqlar altına alanların qeyrəti varsa, ar və namuslarına vurulan ləkəni təmizləsinlər. Vətənimiz Turandır. Gəldiyimiz yerləri unutmamışıq. Ayrıldığımız coğrafiyaları yadımızdan çıxarmamışıq. Gün gəldi, qazandığımız əcdad yadigarı olan torpaqları əlimizdən çıxdı. Prezident Ərdoğanın dediyi kimi, cümhuriyyət bizim ilk deyil, son dövlətimizdir və biz bu sərhədləri könüllü şəkildə qəbul etməmişik. Biz təkcə 1914-1918-ci illərdə 3 milyon kvadrat kilometr ərazi itirdik. Türk milləti öz varlığının əvəzini ən ağır şəkildə ödəmiş millətdir. Buna görə də bizim gedəcək başqa yurdumuz yoxdur".

Qeyd edək ki, bundan öncə İraqda Türkiyə əleyhinə keçirilən aksiyalarda Türkiyə bayrağı yandırılıb.

Tarix
2016.10.25 / 17:25
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla