Axar.az Fins.az-a
istinadən, ABŞ-ın son 15 prezidentinin tarixdə qoyduqları adları və
haqqında elə də çox danışılmayan xüsusiyyətlərini təqdim edir.
Kalvin Kulidc (1923 – 1929) - qaradinməz
prezident
Kalvin Kulidc vitse-prezident kimi prezident Qardinqi əvəz edib.
1924-cü ildə isə prezident seçilib. Onun heç kimlə danışmaması
ümumiyyətlə söhbətçil olmaması haqqında əfsanələr gəzirdi. Kalvin
Kulidc hətta rəsmi tədbirlər də bir kəlmə belə danışmırdı.
Prezident 12 saatdan az yatmırdı və kompleksli olması ilə
fərqlənirdi. Kulidcin həyat yoldaşı Viktoriya da daim prezidenti
söhbətçil olmağa və heç olmasa onla ünsiyyətdə olmağa çağırırdı.
Kalvin Kulidc ABŞ-ın sayca 30-cu prezidentidir.
Qerbert Quver (1929-1933) ən bəxtsiz
prezident
O 1928-ci ildə Respublikaçılar partiyasından prezident seçilib.
Həmin dövrdə Amerika böyük iqtisadi böhran içərisində idi. 4 ildən
sonra növbəti seçkilərdə ona cəmi 6 ştatdan səs vermişdilər. Onun
prezident olduğu dövrdə hətta ABŞ o qədər dərin böhran içərisin də
ididki bu dövrü Amerikada "böyük depressiya" dövrü adlandırırlar.
Qerbert Quver azad bazar iqtisadiyyatının tərəfdarı idi. O
hökumətin iqtisadiyyata müdaxiləsini lüzumsuz sayırdı. ABŞ ın 31-ci
prezidenti olan Qerbert Quver 90 yaşa qədər yaşayıb.
Franklin Ruzvelt (1933-1945) 4 qat
prezident
Ruzvelt 1932-ci ildə ABŞ- ın 42 ştatında qalib gələrək prezident
seçilib. Qeyd edək ki, o 40 yaşından Poliomielit xəstəliyinə
tutulur. Məhz bu səbəbdəndə sərbəst gəzə bilmirdi və həmişə
oğullarının qollarına girərək hərəkət edirdi. Franklin prezident
seçildiyi dövrdə ABŞ da gərgin dövr idi. Banklar sürətlə bağlanır
insanlar kütləvi şəkildə işsiz qalırdılar. O "Yeni Kurs"adı altında
dövlətin iqtisadiyyata müdaxiləsini təşkil etdi. Bundan sonra ölkə
tədricən iqtisadi böhrandan çıxmağa başladı və artıq 1945-ci ildə
ölkə dünya liderinə çevrildi. Franklin Ruzvelt ABŞ tarixində 3 dəfə
arda –arda prezident seçilən yeganə şəxsdir. 1944-cü ildə isə
ikinci dünya müharibəsinə görə o prezident olaraq qalır. Amma
İkinci dünya müharibəsinin qələbə sevincini yaşaya bilmir. Qələbəyə
bir neçə gün qalmış prezident vəfat edir.
Harri Trumen (1945-1953) söyüşkən prezident
O, tarixdə Naqasaki və Xirosimaya nüvə bombası atan preident
kimi qalıb. Bundan başqa daim söyüş söymək də Trumenin sevimli
xasiyyətlərindən biri olub. O daim silahdaşlarını ana söyüşü ilə
təhqir edərmiş . Amerikalılar arasında demək olar heç bir
populyarlıq olmayan prezidentlərdən olub.
Duayt Devid Eyzenhauer (1953-1961) Alman
prezident
Duayt Devid Eyzenhauer, "Ayk" ləqəbi ilə tanınıb. Alman əsilli
yeganə ABŞ prezidentidir. Sayca ikinci general prezidentdir. O heç
bir partiya üzvü olmayıb. Partiyalardan dəfələrlə təklif alıb məhz
bundan sonra o respublikaçılar partiyasına üzv olub. O iki dəfə ABŞ
prezidenti seçilib.
Con Kennedi (1961-1963) ən çox sevilən
prezident
ABŞ ın 35 – ci prezidentidir. O ABŞ-da ən çox sevilən və ən
məşhur prezident olub. O da Ruzvelt kimi fiziki qüsurlu olub.
Kennedinin bir çox xəstəliklərinin olduğu söylənilirdi. Onurğasına
görə korset taxır bundan əlavə belində metallik implantant
gəzdirirdi. O Merlin Manro və digər məşhurlarla sevgili olması ilə
də daim özündən söz açdırırdı.
Lindon Conson (1963-1969) müharibə
prezidenti
Kennedi öldürüldükdən sonra onu Lindon Conson əvəz edir. Ö özünü
daha ciddi prezident sayırdı. O amerikalıların xatirəsində ikinci
Ruzvelt kimi qalmaq istəyirdi, amma Vyetnamda müharibə edən şəxs
kimi qaldı. O prezidentlik dövründən sonra depresiya keçirərək
vəfat edir. Lindon Conson çox kobud və qəddar adam kimi tarixə
düşüb. Hətta onun ayaq yolunda olarkən nazirlərlə iclas apardığı
bildirilir.
Riçard Nikson (1969-1974) istefa verən yeganə ABŞ
prezidenti
Nikson gözlənilməz hərəkətləri ilə seçilirdi. Heç kim onun nə
vaxt nə deyəcəyini və nə etdiyini bilmirdi. O prezidentlik müddəti
bitməmiş istefa verən yeganə Amerika prezidentidir.
Cerald Ford (1974-1977) təyin olunmuş
prezident
Niksonu əvəz edən Cerald Ford heç vaxt prezident seçilməyib .
Əvvəlki vitse –prezident Spiro Anqo korrupsiyaya əl atdığından onun
yerinə Cerald Ford təyin olunur və daha sonra o prezidentlik
vəzifəsini yerinə yetirməyə başlayır. O 93 yaşına qədər yaşayaraq
uzun ömürlüyünə görə ABŞ prezidentləri arasında birinci olub.
Cimmi Karter (1977-1981) fermer prezident
Abş-ın 39-cu prezidentidir. O istəmirdi ki, ona xüsusi hörmətlə
yanaşsınlar. Karter həmişə istəyirdi ki, onu sadəcə Cimmi deyə sadə
bir oğlan kimi çağırsınlar. Onun sadəliyinə prezidentliyinin 4cü
ilin də son qoyulur. Beləki 1980-ci ildə Amerikalı diplomatların
İranda tutulması və onları azad etmə cəhdinin boşa getməsi Karteri
daha da nüfuzdan salır. O beyin xərçənginə qalib gəlmiş yeganə
şəxslərdəndir.
Ronald Reyqan (1981-1989) aktyor prezident
1980-ci ildə ABŞ –ın 40-cı prezidenti 69 yaşlı Reyqan olur.
Ronald Reyqan idman şərhçisi, kinoaktyor olub. Kaliforniya ştatının
qubernatoru olduqdan sonra Amerika Birləşmiş Ştatlarının prezidenti
seçilmişdir. Kino karyerası ərzində 54 filmdə rol alıb. Adı tarixdə
100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Corc Buş (Ata) (1989-1993) təyyarəçi
prezident
Böyük Buş ABŞ-a görünməmiş nüfuz gətirdi. O ABŞ-ın gücünü bütün
dünyaya sübut etdi. Onun prezidentlik dövründə SSSR süqut etdi .
Daha sonra Körfəzdə böyük müharibə başladır. Bununla o sübut edir
ki, ABŞ harada və necə kimlə istəsə müharibə edə bilər.
Bill Klinton (1993-2001) inkişaf və Monika
qalmaqalı
Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti . O, Franklin
Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda
seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz
tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini
yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ
Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil
etmişdir.
1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika
Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar
yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan
danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment
prosedurunun başlanması ilə nəticələndi. Lakin sonda ABŞ Senatı
impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill
Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti
oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da
vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment
prosedurunu gözləmədən istefa vermişdi.
Corc Uoker Buş (2001-2009) axmaqcasına
intervent
Onun hakimiyyətə gəlməsini çirkli əməlinə görə baş tutduğunu
deyənlər də var. O 2000 ci ildə Florida ştatından prezidentlik
uğrunda mübarizəyə başlayıb bu zaman Florida da onun qardaşı Ceb
qubernator olub. O həmçinin 11 sentyabrda da ABŞ da baş verər
terrorda da günahlandırılır . O islahatlar aparmasına baxmayaraq
yenə də böyük nüfuz sahibi ola bilmədi və daha çox ən axmaq
prezident kimi tarixə düşdü.
Barak Obama (2009-2017) ilk qara dərili
prezident
Obama Corc Buşun fonunda parlaq ulduz kimi parıldayırdı. Ən
birinci reytinqləri ona dərisinin rəngi qazandırırdı. O Nobel
mükafatçısıdır. Onu Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı yumşaq
yanaşmaqda ittiham edirlər. Barak Obama ABŞ-ın 44 cü
prezidentidir.
Donald Tramp – (2017-dən)
70 yaşlı biznesmen, şoumen aktyor. ABŞ-ın 45-ci prezidenti heç
də birmənalı qarşılanmır. Bəziləri ona nifrət edir bəziləri siə
onun əsl lider olduğunu deyir. Zaman isə hər şeyi - onun
sələflərindən nə ilə fərqlənəcəyini və tarixdə hansı adı qoyacağını
göstərəcək. Xatırladaq ki, Donald Tramp prezidentlik vəzifəsinin
icrasına 2017-ci il yanvarın 20-dən başlayacaq.
Tarix
2016.11.11 / 16:35
|
Müəllif
Axar.Az
|
|
Digər xəbərlər