Frank MakLinnin "Çingiz Xan: dünyanı fəth etmiş adam"
adlı son bioqrafiyasında təqribən 40 milyon insanın ölümünə səbəb
olmuş "Kainatın hakiminə" çox yumşaq yanaşılıb. Bu barədə
"Spektator" saytı məlumat verib.
Axar.az xəbər verir ki, əsl adı Temuçin olan hökmdarın Koreya və
Çindən başlayan nəhəng imperiyası Əfqanıstan, İran, İraq və
Rusiyanı da əhatələməklə Macarıstana qədər gəlib çatırdı. Bu,
tarixdə ən böyük imperiya idi.
Frank MakLinn son dərəcə maraqlı bioqrafiyasında Çingiz Xanın
qeyri-adi, epik həyatını çox gözəl təsvir edib. Müəllif Temuçinin
və gənclik vaxtı monqol çölündə keçirdiyi ağır köçəri həyatından
söz açıb. Temperaturun müsbət 38 dərəcə ilə mənfi 6 dərəcə arasında
dəyişdiyi bu ərazilər tez-tez Sibir tundrasından gələn küləklərin
və Qobinin səhra tufanlarının təsirinə məruz qalırdı. Temuçin sərt
və güclü insanlar yetişdirən bu mühitdə hamıdan güclü idi.
14 yaşında o özünün potensial rəqibi olan atabir, ana ayrı
qardaşını balıq üstündə mübahisədə öldürür və ailəsinin atlarına
yiyələnir. Çingiz Xan 16 yaşında evlənir. Son dərəcə uğurlu hərbi
fəaliyyətinə görə Monqol tayfalarının "qurultay" adlanan hərbi
şurası Temuçini monqolların lideri seçir, ona "Çingiz Xan" adı
verilir. Bu ad çox zaman "Kainatın hakimi" kimi tərcümə edilir.
O, ordusunda islahatlar apararaq onu mancur sıralarına,
onluqlara bölür. Beləliklə, ordu onluq, yüzlük, minlik və on minlik
bölmələrdən ibarət olur. Əsgərlərin məvacibi qənimətlər idi.
O, həmin yüz minlik ordu ilə bütün Asiyanı tutdu. Çingiz Xan
öncə Çinin şimal-qərbində tanqutları özünə tabe etdirir, sonra isə
bu ərazini işğal edir. Daha sonra, 1211-ci ildə güclü Tszin
imperiyasını tutur. 1213-cü ildə o, Pekinə çatır. Pekinin həqiqətən
nəhəng və qorxunc müdafiəsi ilə üz-üzə gələn Çingiz Xan şəhəri
mühasirəyə alaraq aclıqla məğlub edir. 1215-ci ildə Pekin təslim
olur.
Bunun ardınca başlanmış qarət Çin tarixində ən dağıdıcı
hadisələrdən biri olur.
Çingiz Xanın orduları 1219-cu ildə buradan qərbə, İrana doğru
hərəkət edir. Burada sultan xanın iki elçisinin saqqalını
qırxdırmış, sonra isə onları edam etdirmişdi. Bununla o, monqol
xaqanının qəzəbinə tuş gəlmişdi.
1220-ci ildə İpək yolunun üzərində yerləşən möhtəşəm Səmərqənd
şəhəri məğlub olur. MakLinn kitabında Çingiz Xanın əsgərlərinin bir
gündə 50 min insanı qətlə yetirməsi faktını qeyd etməsə də,
itkilərin həddindən artıq olduğunu yazır.
Ən ağır il isə 1221-ci il olur. Xaqanın digər ordularının şərqdə
torpaqlar tutduğu bir vaxtda o, Gürcüstanın paytaxtı Tiflisi
tutaraq xristian dünyasını təşvişə salır.
Onun özü qədər qəddar olan oğlu Tolui (Tuluy) isə hazırkı
Türkmənistan ərazisində yerləşən Mərv şəhərini ələ keçirir. Mərv o
zaman dünyanın ən böyük şəhərlərindən biri idi. Monqollar şəhərin
əhalisinə toxunmayacaqlarını söz verirlər. Şəhər sakinləri təslim
olaraq divarın arxasından çıxır. "Tolui kütləni başdan-ayağa təftiş
edərək, onları qarət etdi... və onları kütləvi edam etdirdi", -
əsərdə qeyd edilir.
Qırğın dörd gün, dörd gecə davam edir.
Ümumilikdə Çingiz Xanın müharibələrində 37,5 milyon insanın
tələf olduğu bildirilir.
Dünya tarixində silinməz iz qoymuş böyük hökmdarın 1227-ci ildə
ölüb.