Yuxarı

“Göyçədən bir damcı su da Azərbaycana getməyəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Göyçədən bir damcı su da Azərbaycana getməyəcək”

"Göyçə gölündən bir damcı su da Azərbaycana getməyəcək".

Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan bu gün Ermənistan Milli Akademiyasının iclasında bildirib. Erməni dövlətinin başçısı bu çıxışı ilə hökuməti kəskin tənqid etmiş akademik Rubena Crbaşyanın sözlərinə reaksiya verib.

Akademik hakimiyyəti tənqid edərək Göyçə (Sevan) gölünün problemlərini düzgün qiymətləndirməməkdə günahlandırıb: "İllər keçəcək, təmiz su neftdən baha olacaq". Onun sözlərinə görə, Sevandan buraxılan suyun yalnız 30 faizi ölkənin kənd təsərrüfatı üçün işlədilir, qalan sular Naxçıvana gedir.

Qeyd edək ki, son 20 ildə Göyçə gölünün səviyyəsi 10 metr düşüb. Əgər 1990-cı ildə gölün maksimum dərinliyi 90 metr idisə, hazırda dərinlik 80 metrə düşüb. Ermənilər gölün suyunu İrəvan çuxurundakı (Ararat vadisi) süni göllərdə balıq yetişdirilməsi və suvarma üçün sərf edirlər. Bu isə 10 ildən çoxdur ki, erməni alimlərini narahat edir. /ANS/

Tarix
2014.04.24 / 00:13
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyandan Qarabağla bağlı şok: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...

Bu dəmir yolu Zəngəzurla Naxçıvanı birləşdirəcək - Prezident

Qarabağ buğda əkən bir neçə generalın nəzarəti altında idi

Putin Kremldən Paşinyana xəbərdarlıq etdi

Bu ölkələr bizi dayandırmaq istəyirdi

Şuşanın azad olunması ilə Ermənistan ordusunun beli qırıldı

Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərənlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla