Yuxarı

Qarabağlı general İrəvanda silahlı qiyam hazırlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağlı general İrəvanda silahlı qiyam hazırlayır

Əgər Ohanyan-Raffi-Oskanyan bloku parlamentə daxil olmasa, Samvel Babayan silahlı qiyama qalxacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

“Böyük ehtimalla “Sasna Çrer 2”-ni (Sasna Tsrer – Ermənistan polis məntəqələrindən birinin silahlı qiyamçılar tərəfindən tutulması – red.) təkrar etmək istəyəcəklər. Bu qiyam təkcə İrəvan yox, Ermənistanın müxtəlif regionlarında da olacaq. Bir neçə regionda dövlət müəssisələrini ələ keçirməyi planlaşdıran qiyamçılar bununla polisin eyni anda yaranan bir neçə etiraz ocağına nəzarət edə bilməməsini planlaşdırırlar”, – xəbərdə deyilir.

Qeyd edək ki, Samvel Babayan Xankəndidə anadan olub. O, Qarabağın Ermənistana birləşdirilməsini təbliğ edən “Miatsum” hərəkatının əsas liderlərindən biri olub. Babayan 1991-ci ildə keçirilən Çaykənd əməliyyatı (Halqa əməliyyatı – red.) zamanı həbs edilib və 6 ay Bakıdakı həbsxanalardan birində saxlanılıb. Şuşanın işğalında iştirak edən erməni general 1995-1999-cu ildə qondarma Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” kimi də çalışıb. 2000-ci ildə o, Qarabağ rejiminin lideri Arkadi Qukasyana qarşı sui-qəsd hazırlamaqda ittiham olunaraq həbs edilib. 15 il həbsə məhkum edilən Babayan 4 il yarımdan sonra azadlığa çıxıb.

Babayan həm də Ohanyan-Raffi-Oskanyan blokunun əsas himayədarlarından sayılır. O, blokun Rusiya və digər erməni oliqarxlarla əlaqələrini təmin edir.

Tarix
2017.03.19 / 10:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla