Yuxarı

Axar.Az Logo carnation

Xatəmidən çağırış: Seçkidə onu dəstəkləyin, yoxsa…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xatəmidən çağırış: Seçkidə onu dəstəkləyin, yoxsa…

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi mayın 3-də islahatçıların siyasətini təyin edən Ali Şura üzvləri ilə görüşərək, qarşıdan gələn prezident seçkilərindən və Prezident Həsən Ruhanidən danışıb.

Axar.az xəbər verir ki, islahatçıları və əhalini Həsən Ruhaniyə səs verməyə çağıran Xatəmi Ruhaninin seçilməyəcəyi təqdirdə ölkənin beynəlxalq arenadakı imicinin itiriləcəyini bildirib.

“Ruhaninin seçkilərdə qalib gəlməməsi İranın dünya birliyindən ticrid olunması və ölkəyə qarşı beynəlxalq sanksiyaların bərpası ehtimalını gücləndirəcək. Ona görə də bizim prezidentliyə yeganə namizədimiz Həsən Ruhanidir. Hesab edirəm ki, ölkənin və xalqın məsləhəti və mənafeyi indiki prezident Həsən Ruhani hökumətinin davam etdirilməsindədir və biz buna çalışmalıyıq. Əks təqdirdə, Ruhanidən əvvəlki ağır şəraitin yenidən geri qayıtması ehtimalı çox böyükdür”, - Xatəmi deyib.

İranda növbəti prezident seçkiləri bu il mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

Seçkilərdə 6 namizəd (Həsən Ruhani, İshaq Cahangiri, İbrahim Rəisi, Məhəmmədbağır Qalibaf, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba qatılıb) prezidentlik uğrunda mübarizə aparır.

Tarix
2017.05.05 / 15:29
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Bunu götürdük!

Yeni era başlayıb, indi güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla