Yuxarı

Dubayda kanalizasiya sistemi yoxmuş - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın hər yerindən, o cümlədən Azərbaycandan bu şəhərə hər il milyonlarla insan axışır. Şəhərin həm zahiri gözəlliyi, həm də nəhəng ticarət mərkəzi olması onun ziyarətçilərinin sayını günbəgün artırır. Lakin Dubaya mütəmadi gedib-gələn iş adamlarının çoxunun belə onun bir mənfi xüsusiyyətindən xəbəri yoxdur.

Moderator.az xəbər verir ki, əhalisi artıq 2 milyona yaxınlaşan, planetin ən uca göydələninin (Bürc-Xəlifə, 828 metr, 163 mərtəbə) yerləşdiyi bu şəhərdə hələ də kanalizasiya sistemi yoxdur.

Bəs temperaturun bəzən 50 dərəcəyə yaxınlaşdığı bu qaynar yaşayış məskənində insan fəaliyyətinin tullantıları necə təmizlənir?

Problemi sistern yük maşınları həll edir. Hər binanın boru sistemləri ilə toplanan insan ifrazatları zirzəmilərdə maşınlara yüklənir və şəhərin kənarındakı təmizləmə stansiyalarına boşaldılır. Bu zaman isə nəcis maşınlarının kilometrlərlə uzanan nəhəng növbələri yaranır. Və çox vaxt tənbəllik edən sürücülər növbədən yayınaraq çirkabları şəhərə yaxın ərazilərə, səhralara, başqa ölkələrdən gəlib fəhləlik edən əcnəbilərin yaşadığı ucqar məhlələrə, hətta çimərliklərin yaxınlığına boşaldırlar. Bu da şəhərin ətarfında böyük çirkablı sahələrin yaranmasına gətirib çıxarır.

Məlum olur ki, Dubayda kanalizasiya sisteminin qurulmamasına səbəb XX əsrin sonlarında neft gəlirlərinin artmasıyla yaranan tikinti bumu olub. Pul qazanmaqda acgözlük edən iş adamları tələm-tələsik göydələnləri ucaldaraq tullantıları axıtmağı ikinci dərəcəli iş kimi sonraya saxlayıblar...

Tarix
2017.05.06 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Medinskinin Qarabağla bağlı iddialarına sərt cavab

Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

İranda yaşayan türklərin sayı… - Əli Əkbərdən tarixi etiraf

Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü - Video

Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla