Pulsuz məzar yerləri fantastik qiymətə satılır - Rəsmi açıqlama
11:40
| Ana səhifə Planet |
|
Gürcülərin 84%-i ölkə prezidentinin birbaşa seçkilər yoluyla keçirilməsi tərəfdarıdır.
Axar.az xəbər verir ki, bu nəticə ABŞ-ın Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Gürcülərin həmçinin 47%-i ölkədə majoritar sistemin saxlanılmasını istəyir. 28% respondent isə bu sistemə qarşıdır.
Qeyd edək ki, Gürcüstanda, tezliklə, Konstitusiya dəyişikliklərinin edilməsi gözlənilir. Dəyişikliyə əsasən, prezident bundan sonra parlament vasitəsilə seçilməlidir. Üstəlik, parlament seçkisində yalnız proporsional sistemdən istifadə oluması istənilir.
Gürcüstan Prezidenti Marqvelaşvili xalqı prezident səlahiyyətlərinin azaldılmasına yönələn bu dəyişikliyə qarşı çıxmağa çağırıb.
|
Tarix
2017.05.15 / 16:24
|
Müəllif
İlkin Həsənov
|