Daha az yemək üçün 5 ədəd badam metodu...
02:12
| Ana səhifə Planet |
|
ABŞ Maliyyə Nazirliyi İranın raket proqramı ilə bağlı olan 4 şirkət və 3 fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, Vaşinqtonun qara siyahısına Çinin “Şanxay Nors Begins İnternəşinəl”, “Şanxay Nors Transbay İnternəşinəl Treydinq”, “Şanxay Qanq Quan Treyd” və İranın “Matin Sanat Nik Andişan” şirkətləri daxil edilib. Siyahıda həmçinin bir Çin vətəndaşı - Juan Junlinin də adı yer alıb.
Qeyd edək ki, ABŞ yanvarın 29-da İranın keçirdiyi ballistik raket sınağından sonra ona qarşı sanksiyalarını genişləndirib. ABŞ o zaman 13 fiziki şəxs və 12 şirkətə qarşı sanksiyalar tətbiq etmişdi.
|
Tarix
2017.05.18 / 15:44
|
Müəllif
İlkin Həsənov
|