Yuxarı

Ərdoğana yasaq qoyub... – Almaniyadan şok etiraf

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:34

Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel Türkiyənin iddiaları ilə bağlı sensasiya xarakterli açıqlama verib.

Axar.az Avropa.info-ya istinadla xəbər verir ki, Qabriel PKK mövzusunda Türkiyənin haqlı olduğunu, bu terror şəbəkəsinin Almaniyadakı addımlarının qəbuledilməzliyini açıqlayıb. Qabriel bildirib ki, Türkiyə siyasətçilərinin Almaniyadakı türk vətəndaşlarına müraciətinə yasaq qoyub, əvəzində PKK lideri Öcalanın fotolarının nümayişinə izn vermək olmaz.

“Əhali arasında PKK təbliğatına izn verməməyimiz barədə Türkiyənin xəbərdarlıqları haqlıdır. PKK bu ölkədə 1990-cı illərdən qadağan edilmiş bir təşkilatdır. Haqlı olaraq. Yalnız Türkiyədə etdiklərinə görə deyil, Almaniyada şantajla xərac toplama, narkotik və silah ticarətindən, Almaniyada türk vətəndaşlarının təhdid edilməsindən dolayı. Türk siyasətçilərin Almaniyada müraciətini qadağan edib, Öcalanın şəkillərinin nümayiş edilməsinə imkan yaradılmasını da mən qəbul etmirəm. Bu məsələdə Türkiyə haqlıdır”, - deyə Qabriel bildirib.

Qabrielin açıqlamasını Türkiyə mediası (Yeni Akıt) tirajlayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğanın G-20 sammitində iştirakı zamanı Almaniyadakı türk ictimaiyyəti ilə görüşünə icazə verilməmişdi. Hətta Qabriel də Türkiyə ilə yaşanan münaqişənin son dərəcə böyük və çətin olduğunu, türk siyasilərin Almaniyadakı ictimai tədbirlərə getməsini qəbul etmədiyini bildirmişdi. Həmçinin qeyd etmişdi ki, Ərdoğan Almaniyadakı həmvətənlərinə müraciətində bu yanğını “körükləməməlidir”.

Qabriel daha öncəki açıqlamasında da Ərdoğanın türklərə müraciət istəyini "uyğunsuz" adlandırmışdı.

Ərdoğan iyulun 7-8-də G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfər edəcək.

Tarix
2017.07.01 / 02:06
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla