Yuxarı

Ərdoğan kürdlərə: "Evdə uşaqlarınızın üzünə necə baxırsınız?”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında HDP-yə müraciətlə çıxış edib.

Axar.az xəbər verir ki, Ərdoğan terror təşkilatı tərəfindən dağa qaçırılan uşaqlar üçün HDP-dən problemin həllini gözlədiklərini ifadə edib:

"BDP və HDP-yə, dürüst və siyasi kürdçülük etməyən kürd qardaşlarıma səslənirəm. Yol kəsmək quldur işidir. İndi də təbii ki, terrorçular bu işlə məşğul olur. Kəndinə gedən insanların yolu kəsilir. Əllərində nə varsa alınır, bəziləri qaçırılır, pul istənilir. İnsanlara bu qədər xərac verəcəksən deyilir. O uşaqları anaları ilə qovuşdurmaq üçün bizim də öz üsullarımız var. Amma buna ehtiyac qalmadan qaçırılan uşaqların qaytarılmasını istəyirik. HDP-nin bunu həll etməsini gözləyirik. Uşaqları qaçırıb dağa aparırlar, öz uşaqlarını da ABŞ-a İngiltərəyə göndərirlər. Fərq budur. HDP-nin başındakılar və ya millət vəkilləri, bələdiyyə başçılarının uşaqları da ABŞ-da, Avropada müxtəlif yerlərdə təhsil alırlar, səyahət edirlər. HDP-nin millət vəkilləri, siz evdə uşaqlarınızın üzünə necə baxırsınız?"

Tarix
2014.06.04 / 22:01
Müəllif
Nicat Kamal
Digər xəbərlər

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

Rəfiyev Ukraynanın bərpası konfransına qatılacaq

Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər

Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?

Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova

İlham Əliyev BƏƏ-də səfərdədir - Foto

Abu-Dabidə sülh olacaqmı? - Paşinyana qarşı 3 qüvvə birləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla