Yuxarı

Ərdoğan Dədə Qorqudu lağa qoydu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Dədə Qorqudu lağa qoydu - Video

"Zənn edirsiniz ki, gələcək, sifətlərə baxacaq, söz söyləyəcək, boy boylayacaq"

Türkiyədə prezident seçkilərində hakim "Ədalət və İnkişaf Partiyası"nın namizədi kim olursa-olsun, islahatlar davam etdiriləcək. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə İxracatçılar Məclisinin toplantısında çıxışı zamanı bəyan edib. Ərdoğan növbəti dəfə müxalifət partiyalarının prezident seçkiləri kampaniyasını tənqid edib.

Baş nazir deyib: "Zənn edirsiniz ki, Dədə Qorqud gələcək, sifətlərə baxacaq, söz söyləyəcək, boy boylayacaq. Bizim müxalifət nağıl dünyasında gəzir. 30 martda bunların damı uçdu. İndi özlərinə başqa dam axtarırlar. Bu ölkənin damı "Ədalət və İnkişaf Partiyası"dır".

Baş nazirin sözlərinə görə, CHP və MHP-nin ən çox axtardığı meyar "dövlət başçısı siyasətdən kənarda qalsın" meyarıdır. Həm siyasətçi olacaqsan, həm də dövlət başçısı siyasətdən kənarda qalsın deyəcəksən. Bu siyasətçinin özünü inkar etməsidir", - deyə, Rəcəb Tayyib Ərdoğan bildirib.

Avqustun 10-da tarixi bir seçkinin keçiriləcəyini vurğulayan Ərdoğan qeyd edib ki, ölkə tarixində ilk dəfə xalq özü dövlət başçısını seçəcək.

Dövlət başçısının xalq tərəfindən seçilməsi başda iqtisadiyyat olmaqla, bütün sahələrə müsbət təsir göstərəcək

/ANS/

Tarix
2014.06.07 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla