Yuxarı

Misir-İsrail gizli danışıqları üzə çıxdı - Təl-Əvivdən etiraflar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir ilə İsrail arasında aparılan gizli enerji razılaşmaları ortaya çıxıb.

Axar.az xəbər verir ki, Hüsni Mübarək dövründə imzalanan razılaşmalarla İsrail illərcə Misirin enerji qaynaqlarını istismar edib. Hakimiyyətə gələn yeni rəhbərlik isə bu müqavilələrin davamı üçün səy göstərir.

"Əl Cəzirə" kanalının "Misirin oğurlanan enerjisi" adlı proqramda gizli razılaşmalarla bağlı bir sıra məlumatlar açıqlanıb.

Əldə edilən məlumatlarda zəngin iş adamlarının bu gizli müqavilələrdən necə qazanc əldə etdikləri və ölkənin qısa bir müddət içərisində qaz məsələsində İsraildən necə asılı vəziyyətə gəldiyi göstərilir. Bu müqavilələr Misirin yeraltı qaynaqlarını tükətdiyini üzə çıxarıb.

İndi Misir enerji böhranı ilə üz-üzə qalıb. İsrail Misirdən ucuz qiymətə aldığı təbii qazı başqa ölkələrə daha baha qiymətə satmaqla satıcı olub.

Yeni hakimiyyətə gələn general Sisi də bu siyasəti davam etdirməklə öz yerini qorumağa çalışır.

Tələviv qaynaqları da sabiq prezident Məhəmməd Mursinin devrilməsindən sonra İsraildən Misirə təbii qaz axınının davamını təmin etmək üçün gizli danışıqlar aparıldığını etiraf edib.

Tarix
2014.06.10 / 21:54
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla