Yuxarı

Türkiyə ilk milli T-129 helikopterini təqdim etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ilk milli T-129 helikopterini təqdim etdi

Türkiyə Silahlı Qüvvələri üçün istehsal olunan Hücum və Taktiki Kəşfiyyat Helikopteri (ATAK) Hərbi Hava Qüvvələri Komandanlığında ilk dəfə olaraq təqdim olunub.

Axar.az xəbər verir ki, Türkiyənin milli istehsalı olan T-129 ATAK Baş nazir Rəcəb Tayyib Ərdoğan, Prezident Abdullah Gül və TBMM sədri Cəmil Çiçəkin də qatıldığı mərasim zamanı Türkiyə Silahlı Qüvvələrinə təqdim olunub.

Baş nazir çıxışı zamanı helikopterin ölkə, millət və Türkiyə Silahlı Qüvvələri üçün xeyirli olmasını arzulayıb.

Ərdoğan ATAK Helikopter layihəsi çərçivəsində istehsal olunacaq 59 helikopterdən 3-nün Silahlı Qüvvələrin bazasına verildiyini söyləyib.

Qeyd edək ki, ATAK yaxın hava dəstəyi üçün 76 ədəd idarəolunmayan raket və 20 millimetrlik topla təchiz olunub. Bundan başqa helikopterdə 8 ədəd tank əleyhinə idarəolunan raket və 2 stinger quraşdırılıb.

Helikopterin ilk sınaq uçuşu 2011-ci ilin avqustunda keçirilmişdi.

Tarix
2014.06.11 / 10:07
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla