
Kamçatkada bir saat ərzində 11 afterşok baş verdi
00:15
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Yunanıstanın iqtisadi böhran yaşadığı bir vaxtda Birə limanını satın alaraq Avropaya ayaq basan çinlilər indi də Kirit adasına göz dikiblər.
Axar.az xəbər verir ki, Çin mətbuatının yaydığı məlumata görə, 4 il bundan əvvəl Yunanıstanda Birə limanını alan Çin bu dəfə Kirit adasındakı Timpaki limanı və Kastelli aeroportunu almağı planlaşdırır. Bu investisiyaların ölkənin ən böyük ticarət ortağı Avropa ilə əlaqələri daha da inkişaf etdirəcək.
Xatırladaq ki, Çin 2012-ci ildə 3.87 triliyon dollarlıq ixracat və idxalla ABŞ-ın qlobal xarici ticarətdəki liderliyinə son vermişdi. 2013-cü ildə isə xarici ticarət həcmini 4.16 triliyon artıran Çin bunun təxminən üçdə birini Avropa ilə reallaşdırıb.
Tarix
2014.06.19 / 22:16
|
Müəllif
Aygün Yusibova
|