Yuxarı

Sərkisyan dünyanın ən kasıb prezidentinə ağız açdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan dünyanın ən kasıb prezidentinə ağız açdı

Ermənistan prezidentinin rüsvayçılığı davam edir.

Ermənistan prezidenti Serj Sarkisyan dünyanın ən kasıb prezidenti sayılan Uruqvayın lideri Xose Alberto Muika Kordano ilə görüşüb. Məlum olduğu kimi, Kordanonun həyat tərzi dünya liderlərindən kəskin şəkildə fərqlənir.

78 yaşlı El Pepe (yerli əhali onu məhz belə çağırır) prezident iqamətgahından imtina edərək sadə evdə yaşayır. Suyu prezident həyətindəki quyudan alır.

Beləliklə, Kordano ilə görüşən Sarkisyan Ermənistana sərmayə qoymağı təklif edib. Yəni Ermənistan lideri hələ də kənd evində yaşayan və dünyanın ən kasıb prezidenti hesab edilən Kordanodan yardım istəyib.

Nəzərə alsaq ki, erməni lideri məhz yardım istəmək üçün latın Amerikasına üz tutub, bu xahiş təəccüb doğurmur.

Göründüyü kimi, Sarkisyanın doğrudan da, qondarma soyqırımın 100 illiyini qeyd etmək üçün böyük pula ehtiyacı var.

Xatırladaq ki, gün ərzində Ermənistanın böyük ümidləri daşa dəyib. Serj Sarkisyanın Latın Amerikası ölkələrinə səfəri rüsvayçılıqla nəticələnib. Sarkisyana hörmətsizlik elə Argentinaya ayaq basdığı ilk dəqiqələrdən göstərilib. Protokol qaydaları ilə qarşılanmayan Ermənistan prezidenti və onun nümayəndə heyəti Buenos-Ayres hava limanında yoxlanılıb. Argentina mətbuatı yazır ki, Sarkisyanın yerləşdirilməsi ilə bağlı da problem yaranıb və o bir saatdan artıq mehmanxananın foyesində gözlədilib. Səfər etdiyi ölkənin dövlət və hökumət nümayəndələri ilə görüşəcəyini zənn edən Sarkisyan, bir neçə saat da hotel otağında gözləməli olub. Ancaq nəzərdə tutulan görüşlər baş tutmayıb, Sarkisyanı qarşılamağa isə məmur tapılmayıb.

Teleqraf.com

Tarix
2014.07.10 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla