Rusiya Xarici İşlər Nazirliyi 12 ABŞ vətəndaşının ölkəyə
girişini qadağan edib.
Axar.az xəbər verir ki, bu addım Ukrayna böhranı səbəbi ilə
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq
atılıb.
Rusiya xarici siyasət idarəsi ABŞ-a qarşı tətbiq olunan
"Quantanamo" siyahısına daha 12 nəfərin əlavə edildiyini bildirib.
Məlumata görə, qara siyahıya salınan adamlar Quantanamo
həbsxanasında işgəncə verməkdə əli olanlardır. Onu da bildirək ki,
siyahıya Quantanamo həbsxanasında məsul vəzifə daşımış general
Riçard Batler, aclıq aksiyası elan edən məhbuslara zorla tibbi
müdaxilə edilməsi üçün qərar verər ABŞ Regional Məhkəməsinin hakimi
Qladis Kessler, həmin dövrdə orduda yüksək vəzifə tutan Rikardo
Sançez, Janis Karpinski və Əbu Qureyb həbsxanasında işgəncə verən
əsgərlər daxil edilib.