Avropada irqçi partiyalar Avropa Parlamentində qrup qura
bilmək üçün əməkdaşlıq edir.
Avropadakı iqtisadi böhran və ənənəvi problemlərlə mübarizə
aparan siyasi axınlar zəmin itirməmək və radikal sağçıları
dayandırmaq üçün tərəflərini möhkəmləndirir.
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gələn il
may ayında keçiriləcək seçkilərdə AP-nin vəziyyətinin mənfi
istiqamətdə dəyişmə riski çox yüksəkdir.
AP-də Avropa Xalq Partiyası (EPP) adı altında görüşən
mühafizəkarlar, Sosialistlər və Demokratların (S&D) təmsil
etdiyi sosial demokratlar, Liberal Qrup, Yaşıllar və kommunistlər
siyasətlərini radikal sağ partiyaların gedişlərini zəiflədəcək
tərzdə hazırlayır. AP-nə şübhəylə yaxınlaşan Mühafizəkarlar və
İslahatçılar (ƏCR) ilə populist fikirlərilə diqqət çəkən Özgürlük
və Demokratiya Avropası (EFD) də ənənəvi siyasətləri rədd edən
yanaşmalarıyla bal toplamağa davam edir.
Radikal sağ da birləşir
AP-də qrup yaradacaq gücdə olmayan radikal sağ isə 2014-cü ilin
mayında keçiriləcək Avropa seçkilərində bu tablonu dəyişdirmək üçün
var gücüylə çalışır. 13 noyabrda Fransız Milli Cəbhənin (FN) lideri
Marin Le Pen ilə Hollandiyadakı Özgürlük Partiyasının (PVV) lideri
Qrit Vildersin görüşü, bu görüşdən dərhal sonra radikal sağın öndə
gedən altı partiyasının Vyanada görüşü təsadüfi deyildi.
Bu görüş radikal sağın ilk görüşü olmasa da, bu dəfə mövzu ortaq
hədəfdir. O hədəf də AP-də bir qrup yarada bilməkdir. AP-də qrup
meydana gətirə bilmək üçün isə ən azı yeddi ölkədən 25 parlament
üzvü parlamentdə çıxış etməlidir.
Radikal sağçılarla ortaq qrup yaratma
həvəsi
Hollandiyada immiqrant və müsəlman əleyhdarı kimi tanınan
radikal sağçı Özgürlük Partiyasının (PVV) lideri Qrit Vilders
Laheydə görüşdüyü Le Pen ilə Avropada əməkdaşlıq etmə qərarına
gəlib.
Vilders Hollandiyanın Avropa Birliyindən (AB) və ortaq pul
vahidi avrodan çıxmasını, sərhədlərin immiqrantlara bağlanılmasını
istəyir.
Vilders həmçinin Fransız Milli Cəbhəsinin xaricində İsveç
Demokratları, Belçikadakı Flaman Mənfəəti, Avstriyadakı
Özgürlükçülər Partiyası, İtaliyadakı Şimal Liqası, Finlandiyadakı
Gerçək Finlilər Partiyası və Danimarka Xalq Partiyasıyla ortaq
əməkdaşlıq etmək istəyir.
Vildersin Le Pen ilə əməkdaşlıq qərarına partiyadaşları da dəstək
verib.
İmmiqrantlara mənfi təsir edə bilər
AP-nin İşçi Partiyasının üzvü Əminə Bozqurd xəbərdarlıq edib ki,
Vildersin istədiyi bu qrup qurularsa, radikal sağ blokun səsi daha
da yüksələr. AP-də qrup yaratmağın maddi yardım etmədən daha çox
istifadə etmə mənasını verəcəyini də vurğulayan Bozqurd, immiqrant
əleyhdarı partiyaların bu yolla Brüsseldə alınacaq qərarlar
haqqında təsirli ola biləcəklərini dilə gətirib.
Radikal sağ blokun qurulmasının eyni zamanda Avropa daxilində
yaşayan immiqrantlara da mənfi təsir göstərə biləcəyini vurğulayan
Bozqurd, bu partiyaların immiqrant haqlarını məhdudlaşdırma cəhdi
edilə biləcəyini söyləyib. Bu baxımdan götürəndə AP seçkilərinin
əhəmiyyətinin daha da artdığına işarə edən Bozqurd, xüsusilə
immiqrantların səs vermələrinin lazım olduğunu bildirib. Bozqurda
görə, radikal sağ partiyalara ən gözəl cavab səsvermədə
olmalıdır.