Yuxarı

ABŞ, Rusiya, Türkiyə... – hamı bu ölkəyə qarşı birləşir - Vasadze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı son əməliyyatlar Əsəd və Moskvadan çox, İrana yönəlib.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində gürcü politoloq Gela Vasadze yazıb.

“Əsas hədəf İrandır. İran əsas hədəfə artıq çoxdan çevrilib. İranın bu müharibədə hədəfi Aralıq dənizinə dəhliz yaratmaqdır. Səddam Hüseyn rejiminin ləğvindən sonra İraqda hakimiyyətə şiə çoxluğun gəlməsi, sadəcə, zaman məsələsi idi. İraqda şiələrə qarşı İŞİD mübarizə aparırdı və Səddam dövründə yaradılan resurs bazasından istifadə edirdi. Bu, tezliklə öz təsirini Suriyada göstərdi.

2015-ci ilə qədər İrana qarşı regionda müqavimət göstərən İŞİD-in resurs bazası pik həddə çatdı. Bu andan etibarən İŞİD narahatlıq mənbəyi oldu. Əgər İŞİD qalib gəlirsə, burada yaxşı heç nə yoxdur. Əgər İŞİD uduzursa, o zaman kim qalib gəlir? İranlılar qalib gəlir və Aralıq dənizinə arzuolunan dəhliz əldə edir. Bir sözlə, Avropaya birbaşa enerji resursları tədarükü imkanı və özünün törəməsi olan Hizbullaha birbaşa kommunikasiya kanalı qazanır. Əfqanıstandan Aralıq dənizinə qədər olan şiə qurşağı reallığa çevrilib. Sizcə, bu kimə sərf edirdi? Doğru cavab – heç kimə. Buraya hətta Tehranın hazırkı dostları olan Moskva və Ankara da aiddir.

Məhz bu andan etibarən İŞİD-lə hər kəs mübarizəyə başlayır. Bunun üçün bəhanə Avropadakı teraktlar seriyası olur. Məhz bu anda Suriyaya Rusiya öz hərbçiləri ilə daxil olur, amerikalılar kürdləri aktivləşdirməyə başlayır, Türkiyə qəfildən öz sərhədlərinin təhlükəsizliyindən narahat olur və özünə bufer zonası yaradır. Daha sonra isə mənbələr Əsədin yaxın dairəsindən insanların – xüsusilə iranyönlü şəxslərin yoxa çıxması haqqında məlumatlar yaymağa başlayır. Deyr əz-Zorda üç ildən çox mühasirədə qalan general Zəhrəddinin də müəmmalı ölümü bu seriyaya aiddir. Bu il yanvarın əvvəlində İranın özündə iğtişaşlar başlayır. Konservatorlar liberallardan hakimiyyəti ələ almağa çalışırlar. Lakin iğtişaşların qarşısı alınır.

Bu gün Suriya hakimiyyətinin nəzarət etdiyi bölgələrin böyük hissəsi İrana bağlı qüvvələrin nəzarətindədir. Suriyadakı istənilən böhran zamanı burada iştirak edən tərəflərin hamısı bir-birilə intensiv məsləhətləşmələr aparırlar ki, səhvə yol verməsinlər. Bəs kiminlə məsləhətləşmirlər? Doğrudur, İranla. Buna görə də Suriyadakı gərginlik hər kəsə, hətta Əsədə də sərf edir. Gərginliyin sərf etmədiyi yeganə tərəf İrandır.

Əlbəttə, Suriyadakı bütün konflikti hər kəsin İrana qarşı sui-qəsdi kimi adlandırmaq və ya bağlamaq sadəlövhlük olardı. Suriya böhranında hazırda bir neçə kəsişən sujet xətti mövcuddur. Nə isə mənə deyir ki, İranın Suriyadan çıxarılması süjeti hazırda böhranda iştirak edən bütün ölkələr üçün əsas olacaq”, – Vasadze qeyd edib.

Tarix
2018.04.16 / 11:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla