Yuxarı

Müfti müavini Rəsul Həmzətov öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müfti müavini Rəsul Həmzətov öldürüldü

Vladiqafqazda Şimali Osetiya müftisinin müavini Rəsul Həmzətov bu gecə saat 23:40 radələrində öldürülüb.

Axar.az "İtar-tass"a istinadla xəbər verir ki, qətli isti izlərlə açmaq mümkün olmayıb: şahidlər olmadığından, qatillərin təsvirini yaratmaq da mümkün deyil.

Şimali Osetiyanın Daxili İşlər naziri Artur Əhmədxanov qeyd edib ki, polis əməkdaşları qətlin bütün təfərrüatını öyrənir.

Müfti Hacımurad Qaçalovun sözlərinə görə, Rəsul Həmzətovla bu gün yaşadığı evdə vida mərasimi keçirildikdən sonra meyit Elxotovaya gətiriləcək və burada müsəlman adətilə dəfn ediləcək.

Rəsul Həmzətovun 36 yaşı vardı, 6 övladı qalıb.

Xatırladaq ki, 2012-ci ilin dekabrında Vladiqafqaz məscidinin imamı İbrahim Dudarov da öz evinə gedərkən öldürülmüşdü. Qatillər hələ də tapılmayıb.

Tarix
2014.08.17 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Ermənistan iqtidarı yersiz və mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

Bakı sülhlə bağlı yalnız son bir addımı gözləyir...

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla