Yuxarı

Əlil insanın heyrət doğuran gücü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlil insanın heyrət doğuran gücü - Foto

1982-ci ildə Avstraliyada doğulan Serbiya əsilli Nik Vujiciç çox nadir hallar görülən genetik xəstəliyə görə bəzi orqanları olmadan dünyaya göz açıb.

"Tetra-ameliya" sindromundan əziyyət çəkən Nik qolları və ayaqları olmadığına görə gənclik illərində ağır depressiyaya düşüb.

Məktəbdə uşaqlar masqaraya qoyduğu üçün səkkiz yaşında intihara cəhd edib.

10 yaşında suya atılıb özünü boğmaq istəyib. Ancaq ailəsini çox sevdiyi üçün bunu etməyib.
Hər şey anasının ona bir məqalə oxutmasından sonra dəyişib...

Vujiciçin oxuduğu məqalə fiziki qüsurlu olan, lakin buna baxmayaraq heç təslim olmayan bir insan haqqında idi. Bu yazını oxuyandan sonra Vujiciçin həyata baxışı dəyişib və qüsurlu olduğunu qəbul edib.
Qısa zamanda təkcə gündəlik işlərinin öhdəsindən gəlməyi öyrənib. Bədənində yerləşən iki ayaq barmağı ilə qələm tutub, yazı yazmağa başlayıb.

Kompüterdən istifadə etməyi, tennis topu ilə oynamağı, ritm alətlərində çalmağı, saçını daramağı və üzünü qırxmağı öyrənib.

Yeddinci sinifdə oxuyanda məktəbin uşaq təşkilatına üzv olub. 17 yaşında olanda isə mühazirəçi olduğu tədbirlərdə yüzlərlə insana ümid bəxş edib. Qısa müddətdən sonra "Life Without Limbs" (Bədən üzvləri olmadan həyat) dərnəyini yaradıb.

Kana Miyaxara adında bir qızla evlənib.

Tarix
2013.11.28 / 00:51
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla