
Sabah şimşək çaxacaq, dolu düşəcək
19:27
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Türkiyə 7-11 may tarixləri arasında keçiriləcək “Efes-2018” hərbi-dəniz təlimlərinə 19 müttəfiq ölkəni dəvət edib.
Axar.az xəbər verir ki, genişmiqyaslı təlimlərə əvvəlki illərdə dəvət olunan Almaniyanın bu dəfə iştirakçılar siyahısında olmaması diqqət çəkib.
Türkiyə mətbuatı Ankaranın bu qərarına səbəb kimi son dövrdə iki ölkə arasındakı münasibətlərin gərgin xarakter almasını göstərib.
Xatırladaq ki, təlimlərdə ölkəmizlə birlikdə ABŞ, Bəhreyn, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İngiltərə, İtaliya, Qətər, Qazaxıstan, Kosovo, Macarıstan, Makedoniya, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Slovakiya və Səudiyyə Ərəbistanından olan birliklər iştirak edəcək.
Tarix
2018.05.02 / 16:45
|
Müəllif
Orxan Tağıyev
|