Yuxarı

Türkiyənin super tanka ehtiyacı yoxdur, çünki... - Rus ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tank üçün tamamilə türk mənşəli motorun istehsalı 2-3 ildən artıq davam edəcək.

Axar.az xəbər verir ki, bunu Moskva Hərbi və Siyasi Jurnalistika Mərkəzinin eksperti Boris Rojin deyib.

"Afrində və Əl-Babdakı münaqişələr zamanı Türkiyə ordusunun hazırda istifadə etdiyi "Leopard" və İsrailin modernləşdirdiyi "M-60" tankları hərbi rəhbərliyi qane etmədi. Türkiyə tərəfi həm Qərb, həm də Sovet istehsalı olan tanklara qarşı dözümlü olacaq milli tankını inkişaf etdirmək istəyir. Ancaq hazırda Türkiyənin düşmənləri çox zəifdir, buna görə super tanka ehtiyacı yoxdur", - Rojin qeyd edib.

Qeyd edək ki, "Altay" tankının seriya istehsalını Qətər və Türkiyənin birgə şirkəti olan BMC edəcək. Bunun üçün Sakaryada istehsal sahəsi yaradılır. Yaxın vaxtda BMC və Avtomobil Sənaye və Ticarət QSC arasında 3,5 milyard dollarlıq müqavilə imzalanacaq. Türkiyə Müdafiə Sənayesinin strateji planına əsasən, 35 ədəd "Altay" tankı 2020-2021-ci illərdə ordunun xidmətinə veriləcək.

Rusiyalı hərbi ekspert Sergey Suvorov "Rusiya Tudey"ə ötən gün açıqlamasında da bildirib ki, "Altay" tankı üçün yerli mühərrikin inkişaf etdirilməsi Türkiyə Müdafiə Sənayesinin ciddi bir mübarizəsi olacaq.

Tarix
2018.05.04 / 23:02
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

Rəfiyev Ukraynanın bərpası konfransına qatılacaq

Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər

Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?

Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova

İlham Əliyev BƏƏ-də səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla