Yuxarı

Gümrüdə etirazlar başladı: Hakim partiya parçalanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gümrüdə etirazlar başladı: Hakim partiya parçalanır

Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə etiraz aksiyaları başlayıb.

Axar.az xəbər verir ki, etiraz aksiyası Şirak Dövlət Universitetinin qarşısında keçirilir. Etirazçılar universitetin rektoru Saak Minasyanın istefaya getməsini tələb edirlər. Onlar Minasyanın Respublika Partiyasının Şirak vilayəti üzrə rəhbəri olduğunu və öz səlahiyyətlərindən sui-istifadə etdiyini bildirirlər.

Minasyan etirazçıların qarşısına çıxaraq istefaya getməyəcəyini bildirib və öz fəaliyyətinin qanuni olduğunu deyib. Onun bu çıxışı etirazçıları razı salmayıb.

Erməni saytları etirazın başlanmasına digər bir səbəbin prorektor Anait Farmanyanın qovulmasını göstəriblər. Farmanyanın bir müddət öncə siyasi mövqeyinə görə işdən çıxarılan müəllimləri müdafiə etdiyi üçün qovulduğu bildirilib.

Qeyd edək ki, Anait Farmanyan Respublika Partiyasının deputatı Samvel Farmanyanın bacısıdır.

Tarix
2018.05.05 / 14:01
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla