Yuxarı

Paşinyan qərbyönlüdür, Kremllə problem olacaq - Felgenhauer

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Ermənistandakı hakimiyyət etirazları silah yolu ilə yatırtmaq istəsəydi, Sərkisyan istefaya getməzdi.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Görünür, rejim dəyişikliyi gedir. Baş nazir indiyə qədər kifayət qədər ciddi olmayan fraksiyanın nümayəndəsi olacaq. Seçkinin nəticələrinin necə olacağını hələlik heç kim deyə bilməz. İrəvanın yeni siyasətinin necə olacağı da qeyri-müəyyəndir. Tək respublika yox, bütün region destabilizasiyaya məruz qalıb və bu, Ermənistanda yeni nizam bərpa olunana qədər davam edəcək. Doğrudur, İrəvanda hakimiyyət dəyişikliyi əsas baza təşkil edən məsələlərin dəyişməsinə səbəb olmayacaq.

Paşinyan təkbaşına Ermənistanın xarici siyasət vektorunu Qərbə doğru yönəltməyəcək. Belə ki, o, fərqli siyasi qüvvələrlə koalisiya qurmağa məcbur olacaq.

Hər şey onun ətrafındakı koalisiyanın necə olacağından asılı olacaq. Ümumiyyətlə, seçkidən sonra o, baş nazir olaraq qalacaqmı? Paşinyanın şəxsi mövqeyi daha qərbyönlüdür, amma Ermənistanın bu kursu tutması çətin olacaq. Moskva ilə problemlər yarana bilər. Moskva hələlik İrəvanda baş verənləri ehtiyatla izləyir. Rəngli inqilab heç kimin xoşuna gəlmir və Qərbin fəaliyyətinin nəticəsi kimi qəbul edilir. Hələlik isə belə şayiələr barədə heç kim danışmır”, – deyə o bildirib.

Tarix
2018.05.05 / 15:37
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla