Yuxarı

ABŞ alimlərinin sevgi və dostluqla bağlı inanılmaz kəşfi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir-birilərinə tamamilə yad insanlara nisbətən dostların genləri arasında çoxlu ümumi cəhətlər olur. Həm də dostların genlərinin qohumluq dərəcəsi dörd köynək uzaq qohumlarınınkına bərabərdir.

Biz "əksliklərin vəhdətinə" daha çox inansaq da, reallıq bunun əksini sübut edir və insan bu dünyada ona ən çox yaxın olan kəsə, məsələn, "özünün ikinci yarısına" bənzəyir. Adətən belə hallarda psixoloji və sosial bənzərlikdən danışırlar, yəni, məsələn, cütlük – eyni təhsil səviyyəsi, eyni vərdişləri və s. olan insanlar arasında yaranır.

Axar.az bu yaxınlarda "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan məqaləyə istinadən xəbər verir ki, Boulderdəki Kolorado Universitetinin əməkdaşı olan müəlliflər Benjamin Domen (Benjamin W. Domingue) və onun həmkarları bildiriblər ki, sevib evlənən ər-arvad cütlükləri yalnız sosio-pixoloji kriteriyaları baxımından deyil, həm də genetik özəllik baxımından da bənzər olurlar. Başqa sözlə desək, DNK-larınız bir-birnə nə qədər çox oxşardırsa, romantik görüşlərinizin nikahla nəticələnməci şansı da bir o qədər artıqdır.

Təxminən bir ay sonra elə həmin "Proceedings of the National Academy of Sciences" jurnalında Nikolas Kristakis (Nicholas A. Christakis) və San-Dieqodakı Koliforniya Universitetinin əməkdaşı Ceyms Faulerin yenə də genlərin oxşarlığından – amma bu dəfə sevgililər deyil, dostlar arasında gen uyğunluğundan bəhs edən məqaləsi çıxır. Bu oxşarlıq qohum olmayan 2000 nəfər insan arasında aparılan analizlər nəticəsində aşkar olub. Aydın olub ki, dostlar bir-birlərinə nə dərəcədə oxşardırlarsa, DNK-ları da o dərəcədə bənzərdir və ümumi genetik xarakteristika daha çox qoxu ilə bağlı genlərdə özünü göstərir. Beləliklə, demək olar ki, dostluq müəyyən mənada iy duyğusunun oxşarlığı ilə müəyyən olunur.

Ancaq oxşar genli insanlar arasında dostluğun yaranması mexanizmi ilə bağlı tədqiqatlar heç nə demir. Unutmayaq ki, insanın dostluq münasibətləri ən yüksək sinir fəaliyyətidir. Və çox maraqlıdır: hansı iradi və qeyri-yradi mexanizmlər bizim genlərimizi, xoşladığımız qoxuları sevgiylə, dostluqla bağlaya bilir?

Tarix
2014.08.24 / 19:35
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla