Yuxarı

Metroda hicablı qadına hücum

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda hicablı qadına hücum

Avstriyanın paytaxtı Vyanada 37 yaşlı hicablı Zeliha Çiçək adlı qadına hücum edilib.

Axar.az "Anadolu Agentliyini"nə istinadən xəbər verir ki, Avstriyada doğulub böyüdüyünü, 3 uşaq anası olduğunu deyən qadına metroda başqa bir qadın tərəfindən hücum olub.

Telefonla bacısı ilə danışarkən bir qadının ona hirsli-hirsli baxdığını görən və daha sonra həmin qadının ona "Siz həmişə beləsiniz" deyərək söyüş söydüyünü bildirən Çiçək, ətrafdakıların xəbərdarlıqlarına baxmayaraq qadının onu söyməyə davam etdiyini deyib. Ona fikir vermədən telefonla danışdığını deyən Çiçək hadisə ilə bağlı bu sözləri deyib: "Mən telefonla danışarkən o xanım ayağa qalxdı. Mən də vaqondan düşəcəyini düşündüm. Birdən mənə tərəf gələrək üzümə şillə vurdu. Əlimdəki telefon arxa tərəfə düşərək 3-4 yerə bölündü".

Polisə şikayət etdiyini deyən Çiçək bu sözləri də əlavə edib: "Biz burada doğulub, burada böyümüşük. Gedəcək başqa yerimiz yoxdur. Bu gün mən hicabdayam deyə mənə belə bir hücum edildi. Mənim bacımın başı açıqdı, amma sabah o da qara saçlı olduğu üçün bu cür hücumlara məruz qala bilər. Bu hücumlar hara qədər davam edəcək? Artıq nələrsə edilməlidir. Avstriya mediasındakı müsəlmanlar əleyhinə kompaniyalar bitməlidir. Başqa ölkələrdəki terror hadisələrinin bütün müsəlmanlara aid edilməsini istəmirik. Biz hər şeyi şişirdən medianın nə etmək istədiyini anlamırıq".

Xatırladaq ki, Vyanada avqustun 22-də 71 və 84 yaşlı iki hicablı qadına avstriyalı bir cavan oğlan hücum etmişdi.

Tarix
2014.09.03 / 07:45
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

Mehdiyevin əsas adamlarından biri danışdı

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

AZAL təyyarəsi dayanacağa yedəkdə aparılıb - TASS

Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla