Yuxarı

Baş nazir od püskürdü: ”Gömrük İttifaqı bizə lazım deyil!”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir od püskürdü: ”Gömrük İttifaqı bizə lazım deyil!”

Qırğızıstanın keçmiş Baş naziri Akılbəy Japarov ölkəsinin Gömrük İttifaqına üzv olması məsələsinə toxunaraq, rəsmi Bişkeki bu qərardan imtina etməyə çağırıb.

Axar.az-ın Umma.ua-ya istinadən verdiyi xəbərə görə, o bu barədə yerli "Alibi" dərgisinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qırğızıstan daha çox Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə əməkdaşlığını qurmalıdır:

"İqtisadiyyatımız olduqca zəifdir və biz öz əlimizlə bazarlarımızın açarını digər ölkələrin müəssisələrinə veririk. Kənd təsərrüfatı məhsullarından başqa Gömrük İttifaqına verəcəyimiz mallar yoxdur. İyirmi il sonraya baxsaq, Gömrük İttifaqı kimi qurum bizə lazım olmadığını görərik. Çünki biz bu gün ÜTT-nin üzvüyük. Hətta rusların özləri bu təşkilata can atırdılar. Bir ildən sonra qazaxlar, beş ildən sonra isə, beloruslar ÜTT-yə üzv olacaqlar. Başqa sözlə, bütün dünya bu təşkilat çərçivəsində əməkdaşlıq edəcək. ÜTT-yə üzvlüyümüz sayəsində Çinlə ticarət əlaqələri qurduq, Amerika və Londona qədər gedib çatdıq. Məndə belə bir qənaət formalaşıb ki, 20 ildən sonra Gömrük İttifaqı dağılacaq. Odur ki, Gömrük İttifaqından imtina etməliyik".

Tarix
2014.09.09 / 11:37
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla