Yuxarı

Rusiyadan ABŞ-a xəbərdarlıq: Dəməşqdən icazəsiz olmaz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan ABŞ-a xəbərdarlıq: Dəməşqdən icazəsiz olmaz

Rusiya ABŞ-ın İŞİD-ə qarşı Dəməşq rəhbərliyindən icazə almadan və ya BMT Təhlükəsizlik Şurasının (TŞ) qərarı olmadan Suriyada hava hücumuna başlamasını Suriyaya qarşı hücum olaraq qiymətləndirəcəyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə Moskvada təşkil olunan mətbuat konfransında danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç deyib. Onun sözlərinə görə, ABŞ beynəlxalq hüquq normalarını pozmamalıdır:

"ABŞ prezidenti rəsmi Dəməşqdən icazə almadan bu ölkədə İŞİD-ə qarşı hava hücumlarına başlaya bilməz. BMT TŞ-nin icazəsi olmadan ABŞ bu addımı atarsa, bu, beynəlxalq hüququn ən böyük ölçüdə pozuntusu olacaq".

Xatırladaq ki, bir müddət öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov da ABŞ-ın Suriyada əməliyyatlara başlamasını qanunsuz adlandıraraq ordunun Əsəd qüvvələrinə qarşı əməliyyatlara başlayacağını bildirmişdi.

Tarix
2014.09.12 / 19:36
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla