Yuxarı

Qızları qaçıran İŞİD-çı öldürüldü – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızları qaçıran İŞİD-çı öldürüldü – Foto

İŞİD-in Mosul üzrə komandiri öldürülüb.

Axar.az xəbər verir ki, İraq Kürdüstan bölgə rəhbərliyinin Təhlükəsizlik Agentliyi "Əbu Abdullah" ləqəbli Yasin Əli Süleyman Şalaşın öldürüldüyünü bəyan edib. Təhlükəsizlik Agentliyinin yazılı açıqlamasında qeyd edilib ki, Mosulun Hasanşam kəndi və ətrafındakı bölgəyə təşkil edilən əməliyyatlar nəticəsində Şalaş məhv edilib.

Şalaş terrorçuların Mosuldakı bütün hərbi taktikasını idarə edirdi. Eyni zamanda, yezidi kürd qızlarının qaçırılmasında bir nömrəli kadr idi. 1974-ci ildə Mosulda doğulan Şalaş 2003-cü ildə Tövhid və Cihad təşkilatına qoşulub. O, Əl-Qaidə liderlərindən Zərkaviyə yaxın adamlardan biri olub. Şalaş 2007-ci ildə Ərbildə Daxili İşlər Nazirliyinə hücumun da təşkilatçılarından biri olub. 2010-cu ildə ABŞ qüvvələri tərəfindən həbs olunub və İraq təhlükəsizlik güclərinə təslim edilib, daha sonra ömürlük həbsə məhkum edilib.

Əbu Qüreyb həbsxanasından 2013-ci ildə bir qrup terrorçu ilə birlikdə Suriyaya qaçıb və İŞİD-ə qatılıb.

Tarix
2014.09.18 / 00:13
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla