Yuxarı

Əl Qaidə İŞİD-dən tələb etdi: “Buraxın!”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl Qaidə İŞİD-dən 47 yaşlı İngiltərə vətəndaşı Alan Henninqin azad edilməsini tələb edib.

Axar.az İngiltərənin "İndependent" qəzetinə istinadən xəbər verir ki, Əl Qaidə Henninqin çətin vəziyyətdə olan müsəlmanlara kömək etmək istəyən günahsız xeyriyyəçi olduğunu və onu qaçırmağın heç bir xeyri olmayacağını bildirib.

İngiltərədə yerləşən "King'S College" Beynəlxalq Araşdırmalar Mərkəzinin professoru Peter Neumanın fikrincə, Əl Qaidənin bu sahədə təcrübəsi olduğu üçün belə bir addım atıb:

"Əl Qaidə aylardır ki, İŞİD-in atdığı addımları tənqid edir. Bu təşkilatın təcrübəsi var və Qərblə necə münasibət qurmaq lazım olduğunu yaxşı bilir".

Onun sözlərinə görə, iki təşkilat arasında ideologiya eyni olsa da, Əl Qaidə strateji addımlar atmağı bacarır:

"Məsələn, Əl Qaidə baş kəsərək edam etməyə qarşı deyil, ancaq bunu İŞİD-ə baxıb etsə, insanlar onlardan uzaqlaşacaq".

Xatırladaq ki, Alan Henninq dekabr ayında Suriyaya humanitar yardım apararkən Türkiyə sərhədini keçdikdən sonra İŞİD terrorçuları tərəfindən əsir götürüb.

Birləşmiş Krallığın Xüsusi Aviasiya Xidməti (SAS) Henninqin yerini müəyyənləşdirə bilmədiklərini açıqlayıb.

Tarix
2014.09.18 / 02:12
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezident üç yeni səfiri qəbul etdi

Tiflisdə nə baş verir? Maydan ssenarisi, hökumət çevrilişi...

Milli Məclisin iclası başladı

Paşinyan hakimiyyəti devirmək üçün Tiflisə 500 nəfər göndərdi

Türkiyə Azərbaycana yeni səfir təyin etdi

DTX şok faktı açdı: Terrorçular Azərbaycan üzərindən Avropaya…

Bu, Əsəd-HTŞ savaşı deyil: Türkiyə və İran meydandadır!

Ceyhun Bayramov İrana getdi

Tunberqi “yaradan”, Bakıya qarşı çıxan Rentjoq nələr dedi?

Əsəd Ərdoğanın təklifini rədd etdi, bu da nəticəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla