Yuxarı

Adnan Menderesin dar ağacında dediyi son sözlər…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 sentyabr 1961-ci il – Türkiyənin Baş naziri Adnan Menderesin edam edildiyi gündür

54 il əvvəl - 27 may 1960-ci ildə Türkiyə tarixinin ən qara günlərindən biri yaşandı. O dövrdə Adnan Mendereslə birlikdə mühakimə olunan prezident Cəlal Bayarın qızı Nilufər Bayar atasının yataq otağının belə izlənildiyini bildirmişdi.

Respublika tarixində ilk dəfə demokratik seçkilərlə seçilən Demokrat Partiyasının (DP) 3 dəfə seçkini qazanması bəzi qüvvələri narahat edirdi.

Xalqdan iqtidarın demokratik yolla alına bilməyəcəyini hiss edənlər silahlı qüvvələrdə, universitetlərdə və mətbuatda təşkilatlanmağa başladılar. CHP də iqtidar olmaq ümidi ilə baş verən hadisələrdə radikal qrupların tərəfini saxlayırdı.

Burada DP də səhvlərə yol veriridi. Ən böyük səhvi isə 16 iyun 1950-ci ildə CHP-nin 18 il zorla oxutduğu türk dilində azanın əslinə çevirməsi oldu.

27 may 1960-cı ildə səhər saatlarında Silahlı Qüvvələrin bir qrup gənc zabiti hökuməti konstitusiyanı tapdalamaqda günahlandıraraq hücuma keçdi. Amma əslində özləri Konstitusiya qanunlarını pozaraq hökuməti silahlı yolla devirməyə cəhd etmişdilər.

Silahlı qrup ilk olaraq Türkiyə Böyük Millət Məclisini tutdu. Hökumət üzvləri və millət vəkilləri həbs olundu. Aralarında generallar və müxtəlif rütbəli zabitlərin olduğu Milli Birlik Komitəsi (MBK) həmin gün ordunun Baş Qərargah rəisini və bəyənmədikləri generalları həbs edərək Ankaradakı Hərbiyyə binasına apardılar.

12 iyun 1960-cı ildə baş vermiş hadisələrə "Konstitusiya rejimi" adı verərək 1 nömrəli qanun keçici Konstitusiya olaraq qəbul edildi. Bu qanuna görə, türk ordusuna Türkiyə xalqı adından hərəkətə keçərək milləti təmsil etmək kimi səlahiyyət verildi. Bundan sonra iqtidar müvəqqəti olaraq Milli Birlik Komitəsinə təhvil verildi.

Beləcə, MBK Məclisin və icra hakimiyyətinin işlərini təkbaşına aparırdı. Bu qəribə hüquqi skandal Türkiyə tarixinə "27 May Rejimi" adı ilə düşəcəkdi.

İnqilabçılar CHP-yə niyə toxunmadı?

Milli Məclisi bağlayıb DP millət vəkillərini tutarkən inqilabçılar CHP-yə toxunmadı. CHP liderləri o zaman bu prosesin uzun sürməyəcəyinə, ölkənin yenidən onlara ehtiyacı olacağına ümid edərək susurdu.

Qəzetlər başlıqlarda verdiyi yalan xəbərlərlə iqtidarı xalqın gözündə daha qorxunc şəkilə salmışdı. Təbii ki, həmin dövrdə mətbuat da MBK-nin əlində idi. Həmin dövrdən başlayaraq yalançı məhkəmələrdə günahsiz, vətəninə xidmət edən bir çox ziyalıların, dövlət xadimlərinin kitabı bağlandı. Bunlardan biri və birincisi Adnan Menderes idi…

Bir neçə aydan sonra məhkəmə onun barəsində ölüm hökmü çıxaracaqdı.

Baş nazir Adnan Menderesin edamının arxasındakı sirr pərdəsi bu gün qədər tam araşdırılmayıb.

Birinci Dünya Müharibəsi və qurtuluş savaşlarında yoğrulan Menderes demokratik cəmiyyətin qurulması ilə siyasətə gəlmişdi. 62 illik həyatında Türkiyəyə əvəzsiz xidmətlər göstərən bu şəxs son nəfəsində belə Türkiyə xalqına xidmət etdiyini söylədi.

Menderesin sağ çıxdığı inanılmaz qəza nə idi? Menderesi intihar etməyə vadar edən nə idi? Həkimlər edamdan dörd saat əvvəl niyə prostat müayinəsi etdi? Menderesin son istəyi niyə qəbul edilmədi? Edam edilən baş nazirin son sözləri nə oldu?

1960-cı ilin 27 may qiyamından sonra 14 oktyabrda qurulan "Yüksək Ədalət Divanı" adlı xüsusi məhkəmə 9 ay 20 gün sonra 1961-ci ilin 15 sentyabrında qərarını açıqlayaraq keçmiş Demokrat Partiyasının 15 rəhbərini edam cəzasına məhkum etdi.

Ankarada hakimiyyəti əlində saxlayan Milli Birlik Komitəsi bu 15 edamın 12-ni ömürlük həbslə əvəz etsə də, qalan 3 nəfər - Baş nazir Adnan Menderes, Xarici İşlər naziri Fatin Rüştü Zorlu və Maliyyə naziri Həsən Polatkanın cəzaları dəyişdirmədi.

Adnan Menderes hansı günahına görə mühakimə olundu?

Körpə iddiası: Məkəmə Menderesi sənətçi Ayxan Aydandan olan qeyri-qanuni övladını öldürməkdə günahlandırdı.

Bundan başqa, Menderes çirkli pulların yuyulması, 6-7 sentyabr hadisələrinə qeyri-qanuni müdaxilə, qurulan bir təşkilata (Vətən Cəbhəsi) müxtəlif vasitələrlə təziq etmə, İstanbulda Bulvar və yol açmaq üçün bir çox vətəndaşın evini, pulunu mənimsəmək, qanuna zidd olaraq universitetə basqın etmək və dinc əhaliyə atəş açmaq, bəzi müxalifət millət vəkillərinin və müxalifət liderinin səyahət azadlığını məhdudlaşdırmaq, dövlət radiosundan siyasi maraqları üçün istifadə, xalqı demokrat "İzmir" qəzetinin mətbəəsinə hücum etməyə yönəltmək, məhkəmə hakimiyyətinin müstəqilliyini pozmaq, CHP-nin mülklərinə qanunsuz əl qoymaq ittiham edirdi.

Menderes bütün bu günahlandırmalar içərisində yalnız "Körpə iddiasında" günahsız hesab olundu.

Menderesin sağ çıxdığı inanılmaz qəza nə idi?

17 fevral 1959-cu ildə Kipr mövzusunda Yunanıstanla imzalanan ikitərəfli müqavilənin ardından üçlü danışıqlar üçün Böyük Britaniyaya gedən Menderesin təyyarəsi Londonun Qatvik hava limanında yerə enərkən qəzaya uğradı. Parça-parça olan təyyarədən Menderesin heç bir zədə almadan sağ çıxması inanılmaz idi. Bu hadisə indiyə kimi qaranlıq qalmaqdadır.

Menderes edamından dörd saat əvvəl niyə müayinə edildi?

Menderesin edamına saatlar qalmış gözlənilmədən həkimlər onun prostat vəzisinin müayinə edilməsinin lazım olduğunu bildiridi.

17 sentyabr 1961-ci ildə səhər saatlarında Mendereslə həkimlər arasında mübahisə yarandı. Menderes bu təhqiri qəbul edə bilmirdi. Lakin professor Sədat Tavat "Prostat müayinəsi etməyi unutmuşuq" deyərək sanki Baş nazirlə zarafat edirdi.

Otaqda olan komandir də bu təhqiri görmürmüş kimi Menderesə "Utanmayın, utanmayın" deyə səslənirdi.

Menderesin dəfələrlə "Xahiş edirəm, etməyin" deməsinə baxmayaraq, inqilabçılar Menderesi son nəfəsinə qədər utandıraraq müayinəni keçirdilər.

Məhkəmə qərarının açıqlandığı 15 sentyabrda Menderes özünə gələ bilməmişdi. Edam edilə bilməsi üçün sağlamlığının yerində olduğuna dair hesabat verilməsi lazım idi. Adnan Menderes 17 sentyabrda ümumi müayinədən keçirildi və "Sağlamdır" hesabatının verilməsindən bir neçə saat sonra İmralı adasında saat 13:21-də asıldı.

Hansı dövlət başçıları Menderesin edamının dayandırılmasını tələb etdi?

Məhkəmənin qərarından sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Con Kenedi, Fransa Prezidenti Şarl de Qoll, Böyük Britaniyanın Kraliçası II Elizabet, Almaniya kansleri Konrad Adenauer, Pakistan Prezidenti Məhəmməd Əyyub Xan və İran şahı Məhəmməd Rza Pəhləvi edamların dayandırılması üçün Camal Gürsəlin başçılıq etdiyi Milli Birlik Komitəsinə dəfələrlə müraciət etdilər. Lakin müraciətlər nəticəsiz qaldı.

Menderesin son istəyi niyə qəbul edilmədi?

Menderes İmralıda asılmadan bir neçə dəqiqə əvvəl bir arzusu olub olmadığı soruşulduğunda, dini təlqin üçün hadisəyə şahidlik edən müəllimi ilə təkbətək görüşmək istədiyini bildirdi. Ancaq edam icraatçıları "Qanun buna icazə vermir" deyərək Menderesin son arzusunu rədd etdilər.

Menderesin son sözü nə oldu?

"Həyata vida etmək üzrə olduğum bu anda dövlətim və millətimə əbədi səadət diləyirəm. Bu anda arvadımı və uşaqlarımı şəfqətlə xatırlayıram ..."

Tarix
2014.09.18 / 23:10
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

ABŞ Zəngəzur dəhlizi üçün 145 milyon dollar ayıracaq

Ermənistan sərhədin açılmasına müsbət yanaşır - Kılıç

Petrosyandan təklif: Zəngəzuru belə adlandıraq!

Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt

Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar

Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...

İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?

Qriqoryan Azərbaycana gəldi

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla