Yuxarı

Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar

Rusiyanın “İnsayder” nəşri Kremlin təsirini yaymaqla məşğul olmuş keçmiş idarənin fəaliyyəti ilə bağlı məlumatlar açıqlayıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, Rusiyanın yaxın xaricdə mədəni əlaqələr üzrə idarəsinin maraq dairəsinə Ermənistan və Azərbaycanın daxil olduğu bildirilir.

Qeyd olunur ki, Azərbaycan istiqamətinə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşı Valeri Çernışov cavabdeh olub. Moskvaya Azərbaycanın tanınmış məmurları, hərbçi və ictimai xadimləri haqqında məlumatlar göndərilib. Həmçinin Dmitri Kozak üçün gizli hesabatlar hazırlanıb və onlar sonradan Putinə təqdim olunub. “İnsayder” yazır ki, Kreml Azərbaycanda Rusiyanın maraqlarının müdafiə edən və Türkiyənin təsirinə qarşı mübarizə aparan təşkilatların olmamasından narahat idi.

Gizli məlumatlarda qeyd olunur ki, Kreml Azərbaycada rusiyayönlü QHT-lərin fəallığının artırılmasını, xüsusi diqqətin sərhədyanı bölgələrə, gənclərə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalistika forumlarına yönəldilməsini tövsiyə edib. Bakıda konfranslar və jurnalistika məktəbləri təşkil olunub.

İdarənin keçmiş əməkdaşlarının etirafına görə, Azərbaycanla "dostluq" üçün yüz milyonlarla dollar xərclənsə də, nəticə minimal olub. Münasibətlərdə qırılma 2025-ci ilin əvvəlində - AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin Moskva tərəfindən gizlədilməsi və Səfərov qardaşlarının Yekaterinburqda ölümü ilə baş verib. Bakı "Sputnik" adlı təbliğat resursunu bağlayıb və Rusiya ilə rəsmi əlaqələri azaltmağa başlayıb.

Sözügedən idarənin Ermənistan üzrə kuratoru isə Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti Dmitri Avanesov olub. “İnsayder”in əlinə Ermənistan hökumətində təmsil olunan "köstəbək" tərəfindən ötürülmüş hesabatlar düşüb. Sənədlərdən aydın olur ki, Rusiya agenti olan erməni məmur Avanesova hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın hərəkətləri barədə də məlumat verib.

Gizli materiallardan aydın olub ki, rusiyayönümlü təbliğatı əsasən pensiya yaşındakı siyasətçilər aparır, gənclər isə buna məhəl qoymur. Buna görə də "yeni və kreativ simaların" maliyyələşdirilməsi təklif olunub.

Tarix
2025.09.11 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla