Yuxarı

Zəhərlə öldürülən qadınlar: Fərqli qurban adətləri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəhərlə öldürülən qadınlar: Fərqli qurban adətləri

Əsrlərdir İslamın bir ənənə formasını alan “qurban vermə” adətləri əslində bir çox mədəniyyətlərdə fərqli formalarda həyata keçirilib. Hətta, tək heyvanları yox, insanları da qurban edirlərmiş.

Alimlərin araşdırmasına görə, qurban demək adəti ilk dəfə şumerlərdə yaranıb.

Mesopotomiyanın köhnə sakinləri olan Şumerlər bir çox tanrıya inanırdılar və onlar üçün ildə bir dəfə qurban verirdilər. Eyni adətlər Misir, Yaponiya və Çində də həyata keçirilirdi. Ölən Çin imperatorunun cariyələri də ona qurban verilirdi. Belə ki, qadınlar zəhərlə öldürülüb, hökmdarla birlikdə dəfn olunurdu. Anadolu torpaqlarında yaşayan hititlərin də eyni adətləri var idi.

İnsanın qurban edilməsi ilk dəfə mayalarda olub. E.ə 600-cü illərdən Amerikanın kəşfinə qədər qitəyə hakim olan bu insan toplumu Hindistanda inəyin müqəddəs görüldüyü kimi, yırtıcılardan yaquarı müqəddəs bilirdi. Tanrılarına qurban vermək onların dini adəti idi. Qurban verilən insanların yerin altında yaxşı bir həyat yaşayacağına inanırdılar.

Çin ilə eyni coğrafiyada köçəri olaraq yaşayan tayfaların da belə bir qurban adətləri var idi.

Hətta, İslamdan öncə türk tarixində də ilin müəyyən vaxtlarında heyvanlar qurban kəsilirdi. Bu köhnə inanclarda Göy Tanrısı, ataların ruhu və təbiətin gücünə inanılırdı və buna görə qurban kəsilirdi. Özəlliklə çox nadir rast gəlinən ağ atlar qurban seçilirdi. Eyni zamanda, ölən hökmdarların atı da qurban edilərək, onunla birlikdə məzara qoyulurdu.

Qurban deyiləndə zehinlərdə canlanan “qanı axıdılan biri” çox yalnış düşüncədir. Kəlimə olaraq mənası “bir şeyin Allaha təqdim edilərək müqəddəsləşdirilməsi” olan qurban, sadəcə seçilən varlığın canının alınması ilə edilmirdi. Bir çox mədəniyyətlərdə müxtəlif növ ərzaqlar, nadir hədiyyələr və içkilər də qurban verilirdi.

Yəhudi inanclarında qurbanlar iki yerə ayrılırdı: “qanı axıdılan varlıqlar” və hədiyyələr

Adətlər heyvanların kəsilməsi, ərzaq və şərabların qurban verilməsi ilə ildə bir neçə dəfə keçirilirdi. Xristianlıqda isə Hz. İsadan öncə buna bənzər adətlər müşahidə edilsə də, İsa peyğəmbərin ölümü və qanının axması, ilk və tək qurban sayılır. Bundan sonra qurban vermək adəti mənimsənilib.

İslamda isə peyğəmbər dönəmindən öncə bütlərə heyvanlarla bərabər insanlar da qurban verilirdi. “Quran-i Kərim”də detalları ilə yazılmayan qurban kəsmək adəti peyğəmbərin açıqlamaları, hökmləri və tövsiyyələri ilə yer alır. Məhəmməd peyğəmbərin 624-cü ildən etibarən bayramda, Həcc ziyarətlərində qurban kəsdiyi və bu ibadətlərin necə edilməsi haqqında hədisləri mövcuddur. Bu formada davam edən adətlər günümüzədək gəlib, çıxıb. İldə bir dəfə həyata keçirilən bayram ibadət və adət olmaqla yanaşı, həm də sosial xarakter daşıyır.

Publika.az

Tarix
2018.08.19 / 12:29
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyevlə Zelenski Münhendə bunları müzakirə edib - Us

Prezidentin Almaniya səfərindən görüntülər - Video

İlham Əliyev Vuçiçi təbrik etdi

Prezident Münhendə onlarla görüşdü - Siyahı

Əliyevə ünvanlanan suallar: İrəvan nəyə nail olmaq istəyir?

İlham Əliyev Münhendə iclasda iştirak etdi - Video

Bakı məqsədli hücum dedi - Moskvadan absurd cavab

Prezident ailəsinin Münhendən səmimi - Fotoları

İlham Əliyev Münhendə Kohenlə görüşdü

Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla