Yuxarı

İngiltərədən Türkiyəyə: “İŞİD-lə savaşda sizə ehtiyacımız var”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərədən Türkiyəyə: “İŞİD-lə savaşda sizə ehtiyacımız var”

"NATO-nun ikinci böyük orduya malik dövləti Türkiyənin əməliyyatlarda iştirakı bizə üstünlük verəcək. Ancaq bu İŞİD-in Türkiyə daxilində terror hücumları təşkil etməsinə də yol aça bilər".

Axar.az xəbər verir ki, İngiltərənin "Independent" qəzeti koalisiya güclərinin İŞİD-ə qarşı hücumlarında Türkiyəyə ehtiyacları olduğunu yazıb. Qəzet Amerikanın hücumlarının qeyri-kafi olduğunu qeyd edib. Həmin məqaləni təqdim edirik:

"Əgər Türkiyə əməliyyatlarda Ərdoğanın dediyi kimi, siyasi və hərbi dəstək versə, İŞİD-i məğlub etmək şansımız artacaq. Türkiyənin ABŞ-Ərəb ittifaqına qatılmaq istəməməsini anlamaq asandır. Türkiyə hökumətini radikalların gizli qoruyucusu olaraq göstərmək böyük bir səhvdir. Əsəd hökumətinə qarşı nifrətinə görə Türkiyə 2011-ci ildən bu yana rejim əleyhdarlarına yardım edir. Türkiyəyə sığınan bir milyon qaçqının içərisində İŞİD döyüşçüləri də var.

NATO-nun ikinci böyük ordusu Türkiyənin əməliyyatlarda iştirakı bizə üstünlük verəcək. Ancaq bu İŞİD-in Türkiyə daxilində terror hücumları təşkil etməsinə də yol aça bilər.

Yenə də İŞİD-in məhv edilməsi Türkiyənin xeyrinə olacaq. Türkiyə onu yox etmək istəyən terror təşkilatı ilə qonşu olmaq istəməz. İŞİD-in iyunda qaçırdığı 49 girovu geri qaytarması Ərdoğanın əllərini açdı. Artıq İŞİD-ə qarşı mübarizəyə qoşulmaq zamanıdır".

Tarix
2014.09.26 / 20:16
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla