Yuxarı

Kemeron: "Pasportlarınıza əl qoyacağıq, həbs edəcəyik"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kemeron: "Pasportlarınıza əl qoyacağıq, həbs edəcəyik"

İngiltərə Baş naziri Devid Kemeron İŞİD terror qruplaşmasına qoşulan vətəndaşlarına səslənib.

Ans press-in məlumatına görə, Kemeron İŞİD-ə qarşı mübarizədə sərt tədbirlər görüləcəyini bildirib:

"İraqda və Suriyada İŞİD üçün döyüşənlər Birləşmiş Krallığın düşmənləridir. Bu insanlar şeytandır. Bunlar uşaqları öldürür, qadınlara təcavüz edir, onlara inanmayanları soyqırımla təhdid edir, jurnalistlərin və könüllülərin başlarını kəsir. İŞİD-lə mübarizə edilməzsə, küçələrə terror gətirəcəklər. Birləşmiş Krallığın təhlükəsizliyi üçün hər şeyi edəcəyik.

Suriyaya və İraqa getmək istəyənləri hər vəhclə durdurmağa çalışağıq. Pasportlarınıza əl qoyacağıq, məhkum edəcəyik və hazırda həmin bölgədəsinizsə, o zaman İngiltərəyə geri dönüşünüzə mane olacağıq".

Qeyd edək ki, Birləşmiş Krallıqdan təxminən 500 nəfərin İŞİD-ə qoşulduğu bildirilir. İngiltərə dünəndən başlayaraq, anti-İŞİD koalisiyası çərçivəsində Suriya və İraqda terror qruplaşmasının mövqelərinə zərbələr endirməyə başlayıb.

Tarix
2014.10.01 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

Konsulun cənazəsi Azərbaycana gətirildi

Diplomatın nəşinin Azərbaycana göndərilməsi üçün... - İran

Ceyhun Bayramov Nyu Yorka getdi

İlham Əliyev İordaniya Kralını təbrik etdi

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla