Yuxarı

İrəvan Düşənbə razılığını pozdu: Nikolun növbəti səhvi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan heç zaman səmimi olmayıb və dəfələrlə razılaşdırılmış sazişləri pozub.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma prosesini davam etdirməklə danışıqlar prosesini pozmağa cəhd edir:

“Düşənbə görüşündə Rusiyanın yaxından iştirakı ilə şifahi şəkildə atəşkəs rejiminin qorunmasına və ATƏT-in Minsk Qrupu formatında danışıqlar prosesinin davam etdirilməsinə dair razılıq əldə olunub. Buna baxmayaraq, ermənilər atəşkəs rejimini pozmaqla qalmır, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma prosesini davam etdirirlər. Kəlbəcərdə Sidney adlı qəsəbənin salınması və işğal edilmiş Azərbaycan əraziləri ilə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi birbaşa sülh prosesinə xələl gətirir və danışıqların ruhuna ziddir. Bu, açıq şəkildə 25 illik danışıqları pozmaq və ya başqa səmtə yönəltmək cəhdidir. Bundan öncə də Xankəndi-Laçın, Ağdərə- Vardenis yolunu çəkiblər. Həmçinin Livan erməniləri Ermənistandan Dağlıq Qarabağa sırf hərbi xarakterli üçüncü bir yol da çəkiblər. Bütün bunlar onu göstərir ki, ermənilər işğalı bitirmək haqqında düşünmür və aldadıcı manevrlərlə məşğuldurlar”.

Politoloq belə bir şəraitdə Ermənistanla danışıqlar prosesinin davam etdirilməsinin qeyri-mümkün olduğunu qeyd edib:

“Paşinyan indiyə qədər hakimiyyətdə olan Ermənistan rəhbərlərindən daha millətçi və şovinistdir. Ancaq Azərbaycan ermənilərin nazı ilə oynamaq fikrində deyil və işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərə artıq siyasi danışıqlar yolu ilə deyil, hərbi vasitələrə cavab vermək məcburiyyətində qalacaq”.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat verilib.

Tarix
2018.10.18 / 11:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla