Yuxarı

BMT-də səsvermə keçirildi: Türkiyəyə pis xəbər - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-də səsvermə keçirildi: Türkiyəyə pis xəbər - Yeniləndi

21:38

2015-2016-cı il üçün BMT Təhlükəsizlik Şurasına keçirilən müvəqqəti üzvlüklə bağlı seçkilər başa çatıb.

Axar.az xəbər verir ki, BMT-nin əsas salonunda keçirilən səsvermə təkrar keçiriləcək.

Türkiyə də 2009-2010-ci ildə üzv olduğu BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə təkrar namizədliyini verib. Qərbi Avropa və digər qrup üçün iki yer ayrılmışdı. İki yer uğrunda Türkiyə, İspaniya və Yeni Zelandiya yarışır.

BMT Ümumi Qurumunda keçirilən səsvermədə bir ölkənin Təhlükəsizlik Şurasına seçilməsi üçün səslərin ən azı üçdə ikisini alması lazımdır. 193 ölkənin hamısının iştirak etdiyi səsvermədə ən azı 129 səs toplanmalıdır.

Qeyd edək ki, keçirilən ilk səsvermədə namizəd olan 3 ölkədən Yeni Zellandiya lazım olan səsi toplayıb və TŞ-nin müvəqqəti üzvü seçilib. Digər bir yer uğrunda isə təkrar səsvermə keçirilir.

Yeni Zelandiya - 145

Türkiyə - 109

İspaniya - 121

22:25

BMT Təhlükəsizlik Şurasına keçirilən təkrar səsvermə yekunlaşıb. 145 səs toplayan Yeni Zellandiya ilk mərhələdəcə TŞ-nin müvəqqəti üzvü seçilmişdi. Bir yer uğrunda İspaniya və Türkiyə arasında keçirilən səsvermə də yekunlaşıb. 60 səs toplayan Türkiyə 132 səs toplayan İspaniyaya məğlub olub və Priney ölkəsi TŞ-nin müvəqqəti üzvü seçilib.

Tarix
2014.10.16 / 22:25
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla