Yuxarı

“Total” prezidenti öldürülüb? – Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Total” prezidenti öldürülüb? – Şok iddia

Dünən təyyarə qəzasında həlak olan Fransanın "Total" neft şirkətinin prezidenti Kristof de Marjerinin ölümü ilə əlaqədar şok faktlar üzə çıxıb.

Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, rus mətbuatı prezidentin ölümünü onun Rusiyaya tətbiq olunmuş sanksiyalara qarşı sərt çıxışı ilə əlaqələndirir.

Ölümündən bir gün əvvəl de Marjeri Moskvada keçirilən Xarici investisiyalar Şurasının son iclasındakı çıxışında Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yanlış adlandırmış və həmin addımı pisləmişdi.

"Rusiyanın Qərbdə çoxlu dostları və partnyorları var. Biz Rusiyanın qlobal iqtisadi və siyasi proseslərdən təcrid olunacağını hesab etmirik. Mən qəti şəkildə əminəm ki, keçmişdə olan maneələri aradan qaldırmaq üçün açıq siyasət davam etməlidir", - de Marjeri bildirmişdi.

O, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların əleyhinə olduğunu və biznesin ancaq xeyir qüvvələrə xidmət etdiyini bildirmişdi:

"Biz ümumiyyətlə sanksiyaların əleyhinəyik. Əgər sanksiyalara mənim xoşuma gəlmirsə, deməli onlar ədalətli deyil. Əksinə, biz hesab edirik ki, siyasi məsələlər siyasi qərarlarla həll olunmalıdır".

Rus mətbuatı onun ölümünə səbəb kimi son çıxışlarını əsas göstərir.

Tarix
2014.10.21 / 16:20
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla