Yuxarı

Rusiya təsdiqlədi: taran, atəş və 3 Ukrayna gəmisi... - Şok video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.11.25. 12:53

Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilib. Atəş nəticəsində “Berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib. Kater hərəkətdən qalıb, yaralı var.

Ukrayna Müdafiə Nazirliyinə istinadla İnfoResist saytı isə Rusiyanın Ukraynaya məxsus hər 3 gəmini artıq ələ keçirdiyini yazıb.

"İki zirehli - "Berdyansk" və "Nikopol" kateri, həmçinin "Yana Kapu" yedək gəmisi Rusiya ordusu tərəfindən ələ keçirilib. Rusiyalılar bu gəmiləri yedəyə alıb aparırlar", - məlumatda bildirilir.

Ukrayna gəmilərinin cavab atəş açıb-açmadığı bilinməsə də, bir yaralı olduğu qeyd edilib. Ukrayna hərbçiləri gəmilərdədirlər.

İnsidentin Ukrayna gəmilərinin tapşırığı yerinə yetirib, geri qayıdan zaman baş verdiyi vurğulanır.

Qeyd edək ki, bundan öncə Rusiya məlumat yayaraq, Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəminin Rusiya sərhədlərini pozaraq, Kerç boğazı istiqamətində irəlilədiyini bildirmişdi.

FTX-nin Krım üzrə sərhəd xidməti bildirmişdi ki, Ukrayna gəmiləri BMT-nin Dəniz hüququna dair Konvensiyasının 2 maddəsini pozub. Ukrayna gəmiləri Rusiya tərəfinin heç bir tələbinə məhəl qoymayıb.

Ukrayna tərəfi isə hadisə ilə bağlı Rusiyanı təxribat törətməkdə ittiham edib. Rusiya gəmilərinin Ukrayna gəmilərinə qarşı təcavüzkar davranışları tənqid edilib.

“Rusiyanın sərhədçi “Sobol”, “Don”, “Manqust” və “Suzdalets” gəmiləri açq təxribatlara yol veriblər. “Don” sərhədçi gəmisi bizim reyd gəmimizə qarşı taran edib və nəticədə gəminin əsas mühərriki sıradan çıxıb”, - rəsmi Kiyevin yaydığı bəyanatda bildirilib.

Bunun ardınca Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmilərinin təcili olaraq insidentin baş verdiyi Kerç boğazı istiqamətinə göndərildiyi bildirilmişdi.

Rusiya günorta saatlarında Krım yarımadasını materiklə birləşdirən körpünü bağlamışdı və Kerç körfəzinə qırıcılar göndərmişdi.

***

Ukrayna mediası Rusiya gəmilərinin aqressiv şəkildə hücumu və kiçik zirehli katerə taranı əks etdirən videonu yaydı...

***

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Komandanlığı 3 gəminin Rusiya tərəfindən zəbt edildiyini təsdiqləyib.

"Berdyansk" və "Nikopol" kiçik zirehli artilleriya katerləri düşmənin atəşi nəticəsində hərəkətdən qalıb, "Yanı Kapu" da dayanmağa məcbur olub. Hər 3 gəmi Rusiya Federasiyasının xüsusi təyinatlıları tərəfindən ələ keçirilib", - Komandanlığın Feysbuk səhifəsində bildirilib.

Həmçinin bildirilib ki, Ukraynanın 2 hərbçisi insident zamanı yaralanıb.

Qeyd edilib ki, olay gəmilərin Odessa limanına qayıdışı zamanı baş verib.

***

Rusiya FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzi Ukrayna gəmilərinin geri - Berdyanska qayıtdığını açıqlayıb. Gəmilərin zəbt edilməsi haqda isə heç bir məlumat verilməyib.

Hətta qarşı tərəfin rəsmi açıqlanması xatırladılmayıb və təkzib də edilməyib.

***

Ukrayna SQ Hərbi-Dəniz Donanması komandanlığının yaydığı ən son məlumatda bildirilir ki, Rusiyanın hücumu nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.

"Berdyansk" və "Yanı Kapu" zəbt edilib və yedəyə alınıb. "Nikopol" kiçik zirehli artilleriya kateri isə bloklanıb və işğalçı qüvvələrin nəzarəti altında hərəkət edir", - yeni məlumatda bildirilir.

***

FTX rəsmi açıqlama yayaraq, Rusiya sərhədlərini pozan hər 3 gəminin ələ keçirildiyini təsdiqləyib.

Açıqlamada bildirilib ki, hadisə Qara dənizdə, Rusiyanın ərazi sularında baş verib. Rusiya sərhəd xidmətinin və Qara Dənis Donanmasının tələblərinə baxmayaraq, təhlükəli manevrlər edən Ukrayna gəmilərinə güc tətbiq edilib:

"Ukrayna hərbi gəmilərinin dayanması üçün silahdan istifadə edilib. Nəticədə Rusiyanın Qara dənizdəki ərazi sularında 3 Ukrayna gəmisi ələ keçirilib. Yaralanan 3 Ukrayna hərbçisinə tibbi yardım göstərilib, onların həyatı təhlükəsi yoxdur.

Rusiyanın sərhədlərinin pozulması ilə bağlı cinayət işi qaldırılıb".

Tarix
2018.11.26 / 01:36
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir

Arxangelskdə təlim: Azərbaycan müşahidə edəcək

İlham Əliyev Trampa zəng etdi

70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar

Qaz limitinin artırılması ilə bağlı təklif!

Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…

Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi

Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar

Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla