Yuxarı

“Total” şefinin ölümündə daha bir müəmma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Martınenko "Vnukovo" dispetçerinin göstərişini ciddi şəkildə yerinə yetirib.

Axar.az xəbər verir ki, bu sözləri "Total" prezidentinin təyyarəsinin uçduğu zolağa çıxarılan və nəticədə böyük qəzaya səbəb olan qartəmizləyən maşının sürücüsünün vəkili Karabanov deyib. O, bildirib ki, sürücü dispetçerin verdiyi göstərişləri dəqiqliklə yerinə yetirən alətdir.

Sürücü Martınenkonun sözlərinə əsaslanan vəkil qeyd edib ki, həmin anda uçuş-eniş zolağında 5-6 belə maşından ibarət kolon olub. Martınenko 30-40 saniyə maşını dayandırıb, sonra isə kolonu təqib etməyə başlayıb. "Bəlkə də dispetçer kolonun getdiyinə, bir maşının isə azacıq geri qaldığına fikir verməyib", - deyə vəkil bildirib.

Xatırladaq ki, dünyanın ən iri neft konsernlərindən olan "Total"ın prezidenti Kristof de Marjeri Moskvanın "Vnukovo" hava limanında şəxsi təyyarəsi ilə qəzaya uğrayaraq həlak olub. Baş vermiş faciə ilə əlaqədar həm Rusiyada, həm də Fransada istintaq işi açılıb.

Tarix
2014.10.22 / 14:52
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla