"Çeçenistan və Ukraynadakı müharibə bir-birinə
bənzəyir".
Axar.az Chechennews.com-a istinadən xəbər
verir ki, bu açıqlama ilə Cövhər Dudayev batalyonunun komandiri,
Çeçen İçkeriya Respublikasının generalı İsa Munayev çıxış edib. O,
Ukraynadakı hadisələrlə Çeçenistandakıların eyni ssenari üzrə
hərəkət etdiyini bildirib:
"Burada olduğu kimi, mənim vətənimdə də tətbiq edilən ssenarini
Kremldə yazıblar. İlk növbədə bir qardaş xalqı ayırırlar və düşmən
edirlər. Ardınca isə ruslar kömək adı altında buraya gəlir. Ruslar
eyni şeyi Çeçenistanda,"Çeçen müharibəsi" zamanı Cövhər Dudayeva
qarşı müxalifətə köməyə gələrək etmişdilər. Eyni ssenari Ukraynada
da reallaşdırılır. Rejissor isə Kremldə əyləşir. Putin və
başkəsənləri mənim xalqımın 300 min günahsız insanını – qadınları,
uşaqları, qocaları öldürüb. 42 min günahsız uşaq,təxminən 300 min
insan bütün ömrü boyu şikəst qalıb. Bu, milyonlar deməkdir. Başa
düşürsünüzmü? Putini belə olan halda necə şəxsi düşmən hesab
etməyəsən? O, nəinki mənim xalqımı məhv edib, həm də bizə əziz olan
hər şeyi əlimizdən aldı".